Azərbaycanın bu bölgəsində qızıl külçələr tapıldı - Kənd nəzarətə götürüldü

Azərbaycanın bu bölgəsində qızıl külçələr tapıldı - Kənd nəzarətə götürüldü
Ağcabədi rayonunun Hacılar kəndində əvvəllər bilinməyən xəzinə aşkarlandığı iddia olunur.

Sfera.az haqqın.az-a istinadən xəbər verir ki, yerli sakinlərin sözlərinə görə, hazırda kənd polis tərəfindən nəzarətə götürülüb və orada tədqiqat işləri aparılır.

Hər şey Vətən müharibəsi zamanı ermənilərin Hacılar kəndini dəfələrlə atəşə tutması və yerli sakinlərin evlərinə ziyan vurması ilə başladı. 53 yaşlı Tələt Quliyevə məxsus evə də ziyan dəydi. T.Quliyev Bakıda yaşayırdı və bu yay doğma kəndinə ata evini bərpa etmək üçün yollanıb.

Bir neçə gün əvvəl qazıntı işi apararkən yer altından sarı külçələr çıxıb. Kənd sakinlərinin sözlərinə görə, dərhal dövlət orqanları məsələ ilə bağlı məlumatlandırılıb.

"Məmurlar gəldi. Külçələrdən nümunələr götürüb laborator araşdırma üçün aparıldı. Hələlik heç bir məlumat yoxdur”, - deyə yerli sakinlər bildirib.

Tələt Quliyev söyləyib ki, kəndlərindən vaxtilə başlanğıcını Kəlbəcər dağlarından götürən çay axırmış:

"Uşaqlıqda biz hətta həmin çayda çimirdik. Ancaq Qarabağdakı müharibədən bir müddət əvvəl çay qurudu. Ola bilər, axıntı bu külçələri həyətimizə gətirib. Onların qızıl olduğunu deyə bilmərəm, rəsmi məlumat hələ ki yoxdur”.

O əlavə edib ki, külçələrin tapıldığı ərazinin şəklini çəkmək dövlət orqanları tərəfindən qadağan edilib.

T.Quliyevin sözlərinə görə, külçələrin qızıl olduğu təsdiqlənərsə, dəyərinin 25%-i ona veriləcək.

 

OXŞAR XƏBƏRLƏR

İlham Əliyev: "Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır"

Son vaxtlar mənim Almaniyaya səfərlərim müntəzəm xarakter alıb. Deyə bilərəm ki, son müddət ərzində Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayı...

“Qazprom” qiymətləri artırmaq istəyir, Ermənistan Bakıdan qaz ala bilərmi? - AÇIQLAMA

“Azərbaycan çox rahat şəkildə Ermənistanı qazla təmin edə bilər”.   Bunu Sfera.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. ...

Olaf Şolts İlham Əliyevə iqlim dəyişiklikləri ilə mübarizəsinə görə TƏŞƏKKÜR ETDİ

Azərbaycanın enerji sektorunda, xüsusilə külək, günəş enerjisi sahəsində 2030-cu ilə qədər faiz göstəricisini artıracağı çox gözəl xəbərdir.   Sfera....

Olaf Şolts: "Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır"

Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır. Son görüşdə hər ikiniz məni açıq olan sualların sülh yolu ilə həllini tapacağına əmin etdiniz.   Sfera...

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı KEÇİRİRLƏR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts aprelin 26-da Berlində mətbuat konfransı keçirirlər...

İlham Əliyev və Kansler Olaf Şoltsun Berlində geniş tərkibdə görüşü BAŞA ÇATDI - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü baş...