Azərbaycanda bir küçədə 53 yoluxma - giriş-çıxış bağlandı - VİDEO

Azərbaycanda bir küçədə 53 yoluxma - giriş-çıxış bağlandı - VİDEO
 

Son günlər Yevlaxda koronavirusa yoluxma halları artıb. Rayon ərazisində virusa 80 yoluxma halı qeydə alınıb, onlardan 53-ü "Qaraçılar məhəlləsi" adlanan küçənin sakinləridir. Bu məqsədlə həmin məhəllə polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarətdə saxlanır.

Sfera.az  xezerxeber.az-a istinadla xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib.

Onun sözlərinə görə, məhəlləyə giriş-çıxışa məhdudiyyət qoyulub.

"Məhəllədə yaşayan insanların bəziləri karantin rejiminin tətbiqini pozmağa çalışaraq məhəllədən çıxmağa cəhd ediblər. Onların da qarşısı alınıb. Bu səbəbdən onlar etiraz əlaməti olaraq toplaşıblar. Polis və Daxili Qoşunların hərbi qulluqçuları həmin şəxslərlə maarifləndirici söhbətlər aparıb. Bundan sonra həmin şəxslər öz evlərinə qayıdıblar",- deyə nazirliyin sözçüsü bildirib.

Yevlax rayon polis şöbəsinin bölmə rəisi Famil Qasımov isə son vəziyyət ilə bağlı məlumat verib. O deyib ki, görülən tədbirlərdə məqsəd yoluxma halının qarşısını almaqdan ibarətdir.

Qeyd edək ki, TƏBİB həmin küçədə yaşayan sakinlərdən yaxma götürüb. Testin cavabları gələnə qədər məhəlləyə giriş-çıxışa qoyulmuş məhdudiyyət davam edəcək.

Rayon ərazisində aidiyyatı qurumlar tərəfindən də yoluxmanın qarşısını almaq üçün dezinfeksiya işləri davam etdirilir.



OXŞAR XƏBƏRLƏR

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndinə GETDİLƏR

Azərbaycanda səfərdə olan türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gediblər.   Sfera.az AZƏRTAC-a is...

Kofe içənlərin DİQQƏTİNƏ! - Sizi bu təhlükə GÖZLƏYİR

Çoxlu qəhvə istehlak edən insanlarda bu içki asılılıq yara bilər.   Sfera.az xəbər verir ki, bu nəticəyə “Journal of Caffeine Research&...

İlham Əliyev və Kansler Olaf Şoltsun Berlində geniş tərkibdə görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü baş...

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞA ÇATDI - YENİLƏNDİ 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub. ...

Məşhur aktrisa xəstəxanaya yerləşdirildi - FOTO

Türkiyənin məşhur aktrisası Tuvana Türkay xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə aktrisa özü paylaşım edib.   &l...

Hindistanda PARLAMENT SEÇKİLƏRİ: Seçicilərə pulsuz yemək, taksi və...

Hindistanın Karnataka əyalətində seçicilərə pulsuz taksi, yemək və sağlamlıq fəaliyyəti göstəriləcək.   Sfera.az xəbər verir ki, Karnataka seçkilərd...