Azərbaycan və Rusiya arasında rabitə və yüksək texnologiyalar üzrə əməkdaşlıq müzakirə edildi

Azərbaycan və Rusiya arasında rabitə və yüksək texnologiyalar üzrə əməkdaşlıq müzakirə edildi

Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilən Regional Rabitə Birliyinin növbəti iclasları çərçivəsində Rusiyanın rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforov ilə görüşüb.

Sfera.az bildirir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tərəflər rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında saziş layihəsi ətrafında, eləcə də iki ölkə arasında informasiya texnologiyaları, poçt rabitəsi və informasiya təhlükəsizliyi sahəsində müzakirələr aparıblar.

Bu görüşün Rusiya Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi və Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında əməkdaşlıq əlaqələrinin, informasiya-kommunikasiya texnologiyaları sahəsində Rusiya-Azərbaycan münasibətlərinin inkişafına əlavə impuls verəcəyi bildirilib.

N.Nikiforov bildirib ki, 2016-cı ilin yanvarından R.Quluzadənin nazir vəzifəsinə təyin olunması ilə iki nazirlik arasında əməkdaşlıq yeni inkişaf mərhələsinə qədəm qoyub.

R.Quluzadə sahə üzrə qarşılıqlı əməkdaşlıq əlaqələrinin və təcrübə mübadiləsinin genişləndirilməsinin faydalı olacağını qeyd edib.


OXŞAR XƏBƏRLƏR

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞLADI

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb....

Hindistanda PARLAMENT SEÇKİLƏRİ: Seçicilərə pulsuz yemək, taksi və...

Hindistanın Karnataka əyalətində seçicilərə pulsuz taksi, yemək və sağlamlıq fəaliyyəti göstəriləcək.   Sfera.az xəbər verir ki, Karnataka seçkilərd...

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...

Ukraynada nazir İSTEFA VERDİ

Ukraynanın Kənd Təsərrüfatı naziri Mikola Solski korrupsiya ittihamları fonunda istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber&...

Deputatdan maaş və pensiyaların artırılması ilə bağlı AÇIQLAMA: "Mayın 15-dən..." 

Bu ilin ilk rübündə dövlət büdcəsindən sosial müdafiə və sosial təminata proqnoz ilə müqayisədə 40 faiz daha çox vəsait ayrılıb.    Bunu Sfera.a...

Olaf Şolts: "Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək"

Bakıda bu il iqlimlə bağlı yeni hədəflərin 2025-ci ildən sonra maliyyələşdirilməsi məsələləri müzakirə ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə...