Azərbaycan niyə mobil telefon istehsal etmir? – Ekspert bunu mümkünsüz sayır

Azərbaycan niyə mobil telefon istehsal etmir? – Ekspert bunu mümkünsüz sayır
 

 

"Azərbaycanda mobil telefonların sıfırdan istehsalı mümkün deyil”.


Sfera.az-a açıqlamasında bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli deyib.

 

Həmsöhbətimizə görə buna nail olmaq üçün texnoloji, hüquqi baza, kəşflər, mikrosxem və detalların istehsalı vacibdir: "Düşünürəm ki, indiki şəraitdə mobil telefon istehsalının Azərbaycanda həyata keçməsi mümkünsüz görünür. Çünki uzun illərdir bunun alt yapısı qurulmayıb”.


İqtisadçı çıxış yolunu ölkə daxilində böyük brendlərlə ortaq şəkildə mobil telefonların yığılmasında görür: "Çinin və yaxud Avropanın böyük brendlərilə müqavilə bağlayıb Azərbaycanda telefonların yığılmasını təşkil etmək və danışıq əsasında istehsalı ölkəmizə köçürtmək olar. Amma Azərbaycanın öz markası olan mobil telefon istehsalına başlaması mövcus şərtlərləmümkün deyil”.

 

İqtisadçının sözlərinə görə, Azərbaycan texnoloji cəhətdən inkişaf edən ölkələrdən çox geri qalır, bu sahədə nə elmi araşdırmalara malikik, nə də mikrosxem istehsalını həyata keçiririk: "Öz-özlüyündə ölkəmizin bu məsələni həll etməsi mümkünsüzdür. Azərbaycan sıfırdan başlamaqla mobil telefon istehsal edə bilməyəcək. Amma başqa şirkətlərlə danışıb, onların yığım zavodlarının Azərbaycanda açılmasını təşkil etməklə gələcəkdə heç olmasa istehlak olunan mobil telefonların 30-35 faiz detalını ölkə daxilində istehsal etmək olar. Düşünürəm ki, bu daha doğru istiqamətdir”.

 

 

Elçin


OXŞAR XƏBƏRLƏR

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞA ÇATDI - YENİLƏNDİ 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub. ...

Məşhur aktrisa xəstəxanaya yerləşdirildi - FOTO

Türkiyənin məşhur aktrisası Tuvana Türkay xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə aktrisa özü paylaşım edib.   &l...

Hindistanda PARLAMENT SEÇKİLƏRİ: Seçicilərə pulsuz yemək, taksi və...

Hindistanın Karnataka əyalətində seçicilərə pulsuz taksi, yemək və sağlamlıq fəaliyyəti göstəriləcək.   Sfera.az xəbər verir ki, Karnataka seçkilərd...

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...

Ukraynada nazir İSTEFA VERDİ

Ukraynanın Kənd Təsərrüfatı naziri Mikola Solski korrupsiya ittihamları fonunda istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber&...

Deputatdan maaş və pensiyaların artırılması ilə bağlı AÇIQLAMA: "Mayın 15-dən..." 

Bu ilin ilk rübündə dövlət büdcəsindən sosial müdafiə və sosial təminata proqnoz ilə müqayisədə 40 faiz daha çox vəsait ayrılıb.    Bunu Sfera.a...