Azərbaycan koronavirusla bağlı müayinələrin sayına görə dünyada liderlər sırasındadır

Azərbaycan koronavirusla bağlı müayinələrin sayına görə dünyada liderlər sırasındadır
 Ümumdünya Səhiyyə Təşkilatının rəyinə əsasən, koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əsas şərtlərdən biri müayinələrin aparılması və xəstəlik hallarının vaxtında müəyyənləşdirilməsidir. 

Sfera.az xəbər verir ki, mütəxəssislər bu xəstəliyin sürətlə və geniş yayıldığını nəzərə alaraq, COVID-19-la bağlı testlərin keçirilməsinə daha çox diqqət yetirilməsinin vacibliyini qeyd edirlər. Yalnız bundan sonra yoluxan insanları təcrid etmək və onların kontaktda olduğu şəxsləri müəyyənləşdirmək mümkündür.

Hazırda Azərbaycanda həyata keçirilən qabaqlayıcı tədbirlər infeksiyanın yayılmasını mümkün qədər məhdudlaşdırmağa və sanitar-epidemioloji vəziyyəti nəzarətdə saxlamağa imkan verir. Ölkədə koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi üçün bütün imkanlar mövcuddur, o cümlədən diaqnostik alətlər və tibbi ləvazimatlar vaxtında ölkəyə gətirilərək tibb müəssisələrinə təhvil verilib.

Virusun laborator diaqnostikası üçün tibb müəssisələrində dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir laboratoriya sistemləri qurulub, onlar, həmçinin Avropa ölkələrinin buraxdığı testlərlə təchiz edilib.

Aprelin 7-nə olan məlumata əsasən, ölkədə COVID-19-la bağlı 53 min 300 müayinə həyata keçirilib. Əhalinin hər bir milyon nəfərinə düşən müayinənin sayı 5262 nəfər təşkil edir. Bu rəqəm müayinələrin sayına görə Azərbaycanın MDB və Cənubi Qafqazda birinci yerdə olduğunu və bir çox Avropa ölkələrini qabaqladığını göstərir.

Müayinələrin vaxtında və əhatəli şəkildə aparılması xüsusilə həssas risk qrupları-yaşlılar, immunosupresiv xəstələr arasında COVID-19 infeksiyasının yayılmasının qarşısının vaxtında alınmasında mühüm rol oynayır. Hazırda ölkədə əhalinin COVID-19-a dair müayinələrinin keçirilməsi ilə bağlı işlər davam etdirilir, müvafiq laboratoriyalar qurulur, habelə tibb müəssisələri zəruri ləvazimat və preparatlarla təchiz edilir. Bu da onu deməyə əsas verir ki, qısa zaman ərzində müayinə dinamikasının artması müşahidə ediləcək. Bu, Azərbaycan dövlətinin koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması, insanların sağlamlığının qorunması istiqamətində mühüm tədbirlər həyata keçirdiyini əyani şəkildə təsdiq edir.

Koronavirus (COVID-19) infeksiyasına dair müqayisəli təhlil cədvəli


Ölkə

Yoluxma hallarının ümumi sayı

Ölüm hallarının ümumi sayı

1 milyon əhaliyə yoluxma sayı

1 milyon əhaliyə ölüm hallarının sayı

Müayinələrin ümumi sayı

1 milyon əhaliyə müayinə sayı

Azərbaycan

717

8

71

0.8

53,300

5,262

Avstriya

12,109

220

1,344

24

111,296

12,357

İtaliya

128,948

15,887

2,133

263

691,461

11,436

Almaniya

100,132

1,584

1,195

19

918,460

10,962

Belçika

20,814

1,632

1,796

141

70,000

6,040

Finlandiya

2,176

27

393

5

32,800

5,920

Niderland

18,803

1,867

1,097

109

75,415

4,401

Fransa

92,839

8,078

1,422

124

224,254

3,436

 

Böyük Britaniya

47,806

4,934

704

73

195,524

2,880

ABŞ

336,851

9,620

1,018

29

1,772,369

5,355

İran

60,500

3,739

720

45

186,000

2,214

Türkiyə

27,069

574

321

7

181,445

2,151

Rusiya

6,343

47

43

0.3

758,000

5,194

Belarus

700

13

74

1

40,000

4,233

Ukrayna

1,319

38

30

0.9

5,864

134

Qazaxıstan

629

6

33

0.3

5,093

271

Ermənistan

833

8

281

3

4,929

1,663

Gürcüstan

188

2

47

0.5

2,762

692


OXŞAR XƏBƏRLƏR

Olaf Şolts: "Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır"

Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır. Son görüşdə hər ikiniz məni açıq olan sualların sülh yolu ilə həllini tapacağına əmin etdiniz.   Sfera...

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı KEÇİRİLİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts aprelin 26-da Berlində mətbuat konfransı keçirirlər...

İlham Əliyev və Kansler Olaf Şoltsun Berlində geniş tərkibdə görüşü BAŞA ÇATDI - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü baş...

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndinə GETDİLƏR

Azərbaycanda səfərdə olan türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gediblər.   Sfera.az AZƏRTAC-a is...

Kofe içənlərin DİQQƏTİNƏ! - Sizi bu təhlükə GÖZLƏYİR

Çoxlu qəhvə istehlak edən insanlarda bu içki asılılıq yara bilər.   Sfera.az xəbər verir ki, bu nəticəyə “Journal of Caffeine Research&...

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞA ÇATDI - YENİLƏNDİ 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub. ...