Avtosfer.az və QHT polisləri belə təbrik etdi - FOTO - VİDEO

Avtosfer.az və QHT polisləri belə təbrik etdi - FOTO - VİDEO
 

Bu gün Azərbaycan polisinin yaranmasının 102 ili tamam olur. Hər il olduğu kimi bu il də "Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşəbbüsü və Avtosfer.az saytının dəstəyi ilə 2 İyul - "Polis günü” münasibətilə aksiya keçirilib. Bu dəfə keçirilən aksiya daha fərqli və geniş şəkildə qeyd olunub. Belə ki, əvvəlki illərdən fərqli olaraq bu il yol polisi ilə yanaşı karantin postlarında xidmət edən Post Patrul Xidməti, o cümlədən Daxili Qoşunların əməkdaşları da "Təşəkkürnamə" ilə təltif olunublar. Bu barədə məlumat verən İctimai Birliyin sədri, Avtosfer.az saytının baş Redaktoru Elməddin Muradlı bildirib ki, aksiyanın geniş şəkildə qeyd olunması pandemiya dövründə polisin fəaliyyətinə ictimai dəstəyin ifadə olunması ilə bağlıdır. Karantin postlarında, küçə və prospektlərdə xidmət aparan polislər diqqətə layiqdir və onların əməyi simvolik mükafatla da olsa qiymətləndirilməlidir. Bu da ictimaiyyətin fəal nümayəndləri qarşında duran məsələlərdən biridir. Biz Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin tövsiyyələri ilə pandemiya dövründə ictimai fəallığın artırılması, gücləndirilməsi eləcə də, bu prosesdə əziyyəti keçən həkimlərin, polislərin, hərbi qulluqçuların və digər sahələrin əməkdaşlarına qiymət verilməsi məqsədi ilə budəfəki aksiyanı daha geniş şəkildə qeyd etdik. 1-2 iyul tarixlərini əhatə edən aksiya müddətində Bakının giriş və çıxış nöqtələrində qurulmuş 3 karantin postunda, paytaxtın müxtəlif rayonlarında, eləcə də Sumqayıt şəhərində, həmçinin Bakı şəhəri Dövlət Yol Polisi İdarəsinin xidməti ərazisində xidmət aparan yol patrul və post patrul xidməti əmdaşlarının, eləcə də Daxili Qoşunların hərbi qulluqçularının "Təşəkkürnamə" ilə təltif edilməsi həyata keçirilib. Eyni zamanda "Sirab" şirkətinin hədiyyələri onlara təqdim edilib. Aksiya maraqla qarşılanıb və polislərdə xoş təəsürat yaradıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov belə bir tədbirin ərsəyə gəlməsində "Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinə həmçinin Avtosfer.az saytına təşəkkürünü bildirib. Qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı 710 nömrəli Fərmanına əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün - 2 iyul Azərbaycan Polisi Günü elan edilib. Dövlət nümayəndəsi olaraq polis ictimai təhlükəsizliyin qarantı olmaqla, vətəndaşı hüquqazidd əməllərdən və zorakılıqdan qoruyur. Polis neqativ təzahürlərə qarşı barışmazdır, prinsipial mövqeyi ilə seçilir. Çünki, hər bir vətəndaş bilir ki, təhlükəyə məruz qaldıqda onun ilk ümid yeri polisdir. Vətəndaş buna da əmindir ki, onun müraciəti - şikayət, ərizə və təklif diqqətlə öyrənilir, zəruri tədbirlər görülür.

Avtosfer.az saytının redaktoru Orxan Əli də çıxışında yol polisi əməkdaşlarını təbrik edib. Bildirib ki, bu gün Azərbaycan Polisinin yaranmasından 102 il ötür. Azərbaycanın polis əməkdaşları sıralarında xeyli sayda "Milli Qəhrəman" adına layiq görülənlər, habelə orden və medallarla təltif olunanlar var. "Bu gün Azərbaycan polisi öz peşəkarlığını artırmaqla yanaşı, həm də beynəlxalq standartlara uyğunlaşdırılır. Vətəndaşlarımızın asayişinin, daxili təhlükəsizliyin və cəmiyyətin qanuni mənafelərinin keşiyində duran daxili işlər orqanları bu peşə bayramını da böyük ruh yüksəkliyi, mübariz əzmkarlıq və yüksək inam hissi ilə, həmçinin xidmətdə əldə etdikləri müsbət nəticələrlə qarşılayırlar."

Sonda Polis əməkdaşları göstərilən diqqətə və verilən dəyərə görə təşəkkürlərini bildiriblər.



OXŞAR XƏBƏRLƏR

İlham Əliyev: "Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır"

Son vaxtlar mənim Almaniyaya səfərlərim müntəzəm xarakter alıb. Deyə bilərəm ki, son müddət ərzində Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayı...

“Qazprom” qiymətləri artırmaq istəyir, Ermənistan Bakıdan qaz ala bilərmi? - AÇIQLAMA

“Azərbaycan çox rahat şəkildə Ermənistanı qazla təmin edə bilər”.   Bunu Sfera.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. ...

Olaf Şolts İlham Əliyevə iqlim dəyişiklikləri ilə mübarizəsinə görə TƏŞƏKKÜR ETDİ

Azərbaycanın enerji sektorunda, xüsusilə külək, günəş enerjisi sahəsində 2030-cu ilə qədər faiz göstəricisini artıracağı çox gözəl xəbərdir.   Sfera....

Olaf Şolts: "Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır"

Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır. Son görüşdə hər ikiniz məni açıq olan sualların sülh yolu ilə həllini tapacağına əmin etdiniz.   Sfera...

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı KEÇİRİRLƏR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts aprelin 26-da Berlində mətbuat konfransı keçirirlər...

İlham Əliyev və Kansler Olaf Şoltsun Berlində geniş tərkibdə görüşü BAŞA ÇATDI - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü baş...