Avstraliyada 5,6 milyon dollarlıq narkotik tutuldu - Azərbaycandan göndərildiyi iddia olunur

Avstraliyada 5,6 milyon dollarlıq narkotik tutuldu - Azərbaycandan göndərildiyi iddia olunur
Avstraliyada Azərbaycandan göndərildiyi iddia edilən külli miqdarda narkotik vasitə ələ keçirilib.  

Sfera.az Media.Az-a istinadən xəbər verir ki, Yeni Cənubi Uels ştatının polis idarəsindən açıqlanan məlumatda qeyd edilib ki, insident nəticəsində həbs olunan 48 yaşlı kişidən ümumi dəyəri 5.6 milyon dollar olan metamfetamin və ya jarqonda "buz” adlandırılan stimullaşdırıcı narkotik təsirə malik maddə götürülüb.  

Yerli polis bildirib ki, sərhəd məmurları bu ilin sentyabr ayının 8-də Azərbaycandan gələn və içində pərdə olduğu bildirilən yükə baxış keçiriblər. İlk etapda çantada həqiqətən də beş ədəd pərdə olduğu məlum olub. 

Amma daha sonra onlardan birini kəsiblər və içində hansısa yumşaq maddə olduğu aşkarlanıb. Yoxlamalar göstərib ki, pərdələrin arasında metamfetamin maddəsi keçirilmək istənib. 

Məlumatda qeyd olunub ki, hər pərdənin içərisində təxminən 1.5 kq dərman olub. 

Ümumilikdə 7.5 kq-a yaxın narkotik maddənin "qara bazar”dakı dəyəri 5.6 milyon dollar həcmində qiymətləndirilir. 

Polis araşdırmasından sonra 25 sentyabr 2019-cu ildə Kastl Hill sakini 48 yaşlı kişi saxlanılıb. O, Feyrfild Polis Bölməsinə aparılıb. Yerli polis tutulan şəxsin adını açıqlamayıb, amma Avstraliyanın "The Sydney Morning Herald” qəzeti yazıb ki, bu Kastl Hill sakini Art Zahedidir.  

Bir gün sonra Feyrfild məhkəməsi saxlanılan şəxsin zaminlə azadlığa buraxılmasından imtina edib və onun məhkəməsi davam etdiriləcək. 



OXŞAR XƏBƏRLƏR

Kofe içənlərin DİQQƏTİNƏ! - Sizi bu təhlükə GÖZLƏYİR

Çoxlu qəhvə istehlak edən insanlarda bu içki asılılıq yara bilər.   Sfera.az xəbər verir ki, bu nəticəyə “Journal of Caffeine Research&...

İlham Əliyev və Kansler Olaf Şoltsun Berlində geniş tərkibdə görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü baş...

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞA ÇATDI - YENİLƏNDİ 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub. ...

Məşhur aktrisa xəstəxanaya yerləşdirildi - FOTO

Türkiyənin məşhur aktrisası Tuvana Türkay xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə aktrisa özü paylaşım edib.   &l...

Hindistanda PARLAMENT SEÇKİLƏRİ: Seçicilərə pulsuz yemək, taksi və...

Hindistanın Karnataka əyalətində seçicilərə pulsuz taksi, yemək və sağlamlıq fəaliyyəti göstəriləcək.   Sfera.az xəbər verir ki, Karnataka seçkilərd...

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...