“Avropa Parlamentinin bəyanatı bir daha sübut edir ki, Qarabağ Azərbaycanındır”-ŞAHİN SEYİDZADƏ

“Avropa Parlamentinin bəyanatı bir daha sübut edir ki, Qarabağ Azərbaycanındır”-ŞAHİN SEYİDZADƏ
 Separatçı Ermənistan ilə əzəli Azərbaycan torpağı olan Qarabağımızın birləşdirməsi üçün planlaşdırılan 3-cü magistral yolun çəkilməsi ilə bağlı verilən bəyanat hüquqi və siyasi müstəvidə birmənalı olaraq sübut etdi ki, Qarabağ Azərbaycanındır.

Bunu etikxeber.az-a açıqlamasında millət vəkili Şahin Seyidzadə deyib.

Qeyd edib ki, bəyanatda qeyd edilən magistral yolun inşasının Azərbaycan səlahiyyətli orqanının razılığı olmadan həyata keçirilməsi məsələsi sübut edir ki, Ermənistan hər zaman olduğu kimi öz işğalçı və qeyri-diplomatik addımlarını atmağa davam edir.

"Bu sənəd həmçinin bir mənalı olaraq beynəlxalq səviyyədə hər kəsə göstərir ki, Dağlıq Qarabağ ərazisi Azərbaycana məxsusdur və orada baş tutan bütün "fəaliyyətlər” qondarma siyasətin işləridir. Amma bu bəyanat yekun addım olmamalıdır, digər beynəlxalq qurumlar tərəfindən də Ermənistana qarşı Dağlıq Qarabağ mövzusunda sərt qətnamələr və sanksiyalar tətbiq edilməlidir.

Ümumiyyətlə, iqtisadi, sosial, hərbi və vətəndaşların rifahı cəhətdən ölkəmizdən qat-qat geridə olan düşmən başa düşməlidir ki, işğal etdiyi bölgələrimizi qeyd-şərtsiz, sülh yolu ilə boşaltması onlar üçün ən ideal addım olacaqdır. Qeyd edim ki, bəyanat  Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri xanım  Marina Kalyurand, Avropa Parlamentinin  Ermənistan üzrə Daimi Məruzəçisi cənab Trayan Basesku və Avropa Parlamentinin Azərbaycan üzrə Daimi Məruzəçisi xanım  Zelena Zovka  tərəfindən verilmişdir”-deyə, millət vəkili əlavə edib.

OXŞAR XƏBƏRLƏR

Kofe içənlərin DİQQƏTİNƏ! - Sizi bu təhlükə GÖZLƏYİR

Çoxlu qəhvə istehlak edən insanlarda bu içki asılılıq yara bilər.   Sfera.az xəbər verir ki, bu nəticəyə “Journal of Caffeine Research&...

İlham Əliyev və Kansler Olaf Şoltsun Berlində geniş tərkibdə görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü baş...

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞA ÇATDI - YENİLƏNDİ 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub. ...

Məşhur aktrisa xəstəxanaya yerləşdirildi - FOTO

Türkiyənin məşhur aktrisası Tuvana Türkay xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə aktrisa özü paylaşım edib.   &l...

Hindistanda PARLAMENT SEÇKİLƏRİ: Seçicilərə pulsuz yemək, taksi və...

Hindistanın Karnataka əyalətində seçicilərə pulsuz taksi, yemək və sağlamlıq fəaliyyəti göstəriləcək.   Sfera.az xəbər verir ki, Karnataka seçkilərd...

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...