Aslan Hüseynovun ölümündə müəmmalı məqam – VİDEO

Aslan Hüseynovun ölümündə müəmmalı məqam – VİDEO
Müğənni Aslan Hüseynovun qəzaya düşdüyü avtomobilin görüntüləri yayılıb.

 
Sfera.az xəbər verir ki, videoda ilk diqqəti çəkən A.Hüseynovun idarə etdiyi BMV markalı avtomobilin sürücü hissəsindən alın şüşəsinin çatlamasıdır. Bu isə onu ehtimal etməyə əsas verir ki, toqquşmanın sürətindən sürücünün başı ön şüşəyə dəyib və bu da müğənninin dünyasını dəyişməsinə səbəb olub.

Mümkündür ki, müğənni təhlükəsizlik kəmərindən istifadə etməyib. Buna baxmayaraq, bu görüntülərdə ən çox diqqəti çəkən təhlükəsizlik yastıqlarının açılmamasıdır.

Belə ki, BMV ən təhlükəsiz maşınlardan biri hesab olunur. Bu qədər böyük zərbə zamanı mütləq təhlükəsizlik yastıqları açılmalı idi. Avtomobilin sükanın üstündə olan təhlükəsizlik yastığı hətta yerini də dəyişib, ancaq qəribədir ki, açılmayıb. Böyük ehtimalla təhlükəsizlik yastıqları açılsaydı, müğənninin həyatını xilas edəcəkdi.

Qeyd edək ki, Aslan Hüseynov ötən gün Gəncədən, anasının 7 mərasimindən qayıdarkən Qaradağ rayonu ərazisində, Bakı-Qazax yolunun 60-cı kilometrliyində qəzaya düşüb və dünyasını dəyişib.


OXŞAR XƏBƏRLƏR

ABŞ və Rusiya alimləri işığın naməlum xüsusiyyətini kəşf ediblər

ABŞ-nin Kaliforniya Universiteti və Rusiyanın Kazan Dövlət Universitetindən ibarət beynəlxalq alimlər qrupu işığın maddə ilə qarşılıqlı təsirinin əvvəllər məlum...

Prokurorluq kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır

Zaqatala şəhərində yerləşən iaşə obyektlərindən birində 15 nəfər şəxsin qidadan zəhərlənməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır.   B...

“Avroviziya-2024”ün birinci yarımfinalı başladı

İsveçin Malmö şəhərində 68-ci “Avroviziya” mahnı müsabiqəsi birinci yarımfinalı başlayıb.   Sfera.az xəbər verir ki, birinci yarımfinalda...

Zebralar niyə bir-birlərinə baş yelləyirlər?

Yeni bir araşdırma sübut edib ki, zebralar qarşı cinsin və ya tanış qohumların diqqətini cəlb etmək və onları gəzinti və ya tanışlıq kimi birgə fəaliyyətə dəvət...

Cennifer Lopez “Met Gala 2024”ə Ben Affleksiz qatılması diqqət çəkib - FOTO

Amerikalı müğənni və aktrisa Cennifer Lopez” Met Gala 2024”ün ağ-yaşıl xalçasında təkbaşına görünməklə, Ben Affleklə evliliyində problemlərlə bağlı ...

“Dəli yığıncağı” nümayiş olunacaq

Mayın 11-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında böyük mütəfəkkir Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” əsəri əsasında hazırlanan eyniadl...