Arzu Rəhimov: “Prezidentin çıxışından sonra 4 minə qədər gənc hərbi qeydiyyata alınıb”

Arzu Rəhimov: “Prezidentin çıxışından sonra 4 minə qədər gənc hərbi qeydiyyata alınıb”
 

"Bu gün gənclər könüllü şəkildə döyüşdə iştirak etmək üçün müraciət edirlər”.

Sfera.az xəbər verir ki, bunu bu gün mətbuat konfransında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov bildirib.

A. Rəhimov deyib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciətlər olub və onlara qanunvericilik izah edilib: "Bildirilib ki, lazım olduğu halda tələb olunan hərbi vəzifəlilər hərbi hissələrə göndərilə bilər. Bəziləri sosial şəbəkələrdə bildirirlər ki, müraciət edirlər, ancaq qeydiyyata alınmırlar. Hərbi vəzifəlilər və digərləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeydiyyatdadır. Prezidentin çıxışından sonra sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbə və bölmələrinə gənclərin axını başlayıb. Biz həmin gənclərin rəsmi şəkildə qeydiyyata alınmasını həyata keçiririk. Sadəcə, burada bəzi şəxslər fərqli istiqamətdə iş aparırlar. Dünən Prezidentin çıxışından sonra 4 minə qədər gənc hərbi qeydiyyata alınıb. Biz könüllü getmək istəyən şəxsləri qeydiyyata alırıq. Sadəcə, hər birimiz səbrli, diqqətli olmalıyıq. Könüllü müraciət edən şər bir vətəndaş qeydiyyata alınır”.

A. Rəhimov deyib ki, Dövlət Xidmətinə elektron postla da müraciət edənlər də var: "Qeyd etdiyimi kimi, artıq 4 min gənc qeydiyyata alınıb”.


OXŞAR XƏBƏRLƏR

ABB ABŞ-yə ilk bankçılıq missiyasında iştirak etdi - FOTO

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərliyi, Azərbaycan Banklar Assosiasiyasının və ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə ölkəm...

Prezident: "Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq"

Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələb artır. Əgər 2021-ci ildə biz Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdiksə, bu il bu...

Prezident: "COP29 qarşıdurma arenası olmayacaq"

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ ...

Prezident: "Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk"

Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İl...

Prezident: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir.   Sfera.az xəbər verir...

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı BAŞA ÇATDI - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun aprelin 26-da Berlində keçirilən birgə mətbuat ko...