Aqrar Subsidiya Şurası nəyi dəyişəcək? – ekspertdən açıqlama

Aqrar Subsidiya Şurası nəyi dəyişəcək? – ekspertdən açıqlama
"Aqrar Subsidiya Şurasının yaradılması ilə ilk növbədə bu sahədə ciddi operativ idarəetmə sistemi formalaşacaq. Ən azından subsidiya üçün verilən vəsaitin düzgün idarəolunması, yönləndirilməsi məsələsi həyata keçəcək” Sfera.az-a açıqlamasında bu sözləri Prezident İlham Əliyevin "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”haqqında verdiyi qərarda Aqrar Subsidiya Şurasının yaradılması məsələsinə toxunarkən kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirov deyib: "Bütün elektron bazada göstəricilər göstəriləcək. Bu istiqamətdə indiyə kimi olan süni hallar tamamilə aradan qalxacaq. Etiraf edək ki, indiyə qədər 10 hektarda əkin əkən fermerə bir sıra hallarda 25-50 hektar yazırdılar. Artıq isə göstəricilər reallığı əks etdirəcək. 2007-ci ildən subsidiya proqramının həyata keçməsilə aqrar sektorda mühüm nəticələr əldə olunub, iqtisadi fəallıq artıb, yeni müəssisələr qurulub, təkrar torpaq bazarı formalaşıb. Amma buna baxmayaraq, aparılan tədbirlər açığı keyfiyyət göstəricilərinə təsir etməyib. Yeni sistemdəki müəyyən detallar, əmsalların tətbiq olunması, ölkəyə lazım olan məhsulların dövlət sifarişi əsasında əkilməsi imkan verəcək ki, məhsuldarlıq göstəricisində də sağlam rəqabət yaransın”.
Ekspert bildirdi ki, subsidiya bundan sonra əsasən sağlam toxum və bitkilərdən istifadə edən fermerlərə veriləcək: "Əsas şərtlərdən biri də odur ki, fermerlər sağlam toxum materialları, bitkilərindən istifadə etməlidirlər. Bu mənada onlara daha çox subsidiya veriləcək. Kopperasiyalaşma, xüsusi subsidiyalaşmaya cəlb olunmaq yeni sistemin ən mühüm üstünlüklərindən biridir. Hələ keçən ildən bu istiqamətdə işlər gedirdi. Kənd təsərrüfatında əsas problemimiz torpaqlardan səmərəli istifadə ilə bağlıdır ki, ümid edirəm atılan addımla bu məsələ də öz həllini tapacaq”. Qeyd edək ki, bundan sonra Azərbaycanda fermerlərə subdisiyanın verilməsi ilə bağlı qərarı Aqrar Subsidiya Şurası verəcək. Belə ki, bu məsələ Prezident İlham Əliyevin keçən həftə sonu təsdiqlədiyi "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” nda bu məqam öz əksini tapıb.
ELÇİN

OXŞAR XƏBƏRLƏR

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞLADI

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb....

Hindistanda PARLAMENT SEÇKİLƏRİ: Seçicilərə pulsuz yemək, taksi və...

Hindistanın Karnataka əyalətində seçicilərə pulsuz taksi, yemək və sağlamlıq fəaliyyəti göstəriləcək.   Sfera.az xəbər verir ki, Karnataka seçkilərd...

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...

Ukraynada nazir İSTEFA VERDİ

Ukraynanın Kənd Təsərrüfatı naziri Mikola Solski korrupsiya ittihamları fonunda istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber&...

Deputatdan maaş və pensiyaların artırılması ilə bağlı AÇIQLAMA: "Mayın 15-dən..." 

Bu ilin ilk rübündə dövlət büdcəsindən sosial müdafiə və sosial təminata proqnoz ilə müqayisədə 40 faiz daha çox vəsait ayrılıb.    Bunu Sfera.a...

Olaf Şolts: "Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək"

Bakıda bu il iqlimlə bağlı yeni hədəflərin 2025-ci ildən sonra maliyyələşdirilməsi məsələləri müzakirə ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə...