Alternativ enerji qurğularını necə əldə edə bilərik? - RƏYLƏR

Alternativ enerji qurğularını necə əldə edə bilərik? - RƏYLƏR

Danimarka, Almaniya, Latviya, İspaniya kimi dünya ölkələrində əhali gündəlik həyatlarında bağlarda, kənd yerlərində, evlərdə və digər yerlərdə enerji tələbatlarını qarşılamaq üçün elektrik enerjisindən deyil, alternativ enerji növlərindən istifadə edirlər. Azərbaycanda isə adi məişət həyatımızda bu enerji növündən istifadə edənlərə əksəriyyətimiz rast gəlmirik. Görünən mənzərə odur ki, insanlarımızın əksəriyyəti bu enerji növlərinin əhəmiyyətindən, istifadə qaydalarından, onları istehsal etmək üçün lazım olan qurğuların satışından xəbərsizdirlər.

Qeyd edək ki, Azərbaycanda alternativ enerji qurğularının istehsalı, satışı və quraşdırılması ilə məşğul olan şirkətlər fəaliyyət göstərir. Ölkəmizdə bu sahəyə olan tələbatın səviyyəsini və bu qurğuları əldə etməyin yollarını öyrənmək məqsədilə həmin şirkətlərlə əlaqə saxlamışıq.

Ölkədə alternativ enerji qurğularının istehsalı və satışı ilə məşğul olan şirkətlərdən biri, "Helind” MMC-nin biznes meneceri Orxan Quluzadə "Report”a verdiyi açıqlamada bildirib ki, bu cür qurğular əsasən dövlət qurumları tərəfindən alınır:

"Biz həm alternativ enerji istehsal edən sistemin quraşdırılması, həm də onun hissələrinin istehsalı ilə məşğuluq. Bu hissələrə kontrollerlər, izləmə qurğuları və digər hissələr daxildir. Adi günəş panelindən fərqli olaraq bizim quraşdırdığımız sistem günəşi izləyə bilir. Paneldə 15 dəqiqədən bir yenilənmə gedir və hərəkət bu vaxta görə tənzimlənir ki, bu da faydalılığı artırır. Məhsullarımız çoxdur. Təkcə kontrollerlərin 10-a yaxın çeşidi var. İstehsal etdiyimiz qurğuları xaricə də ixrac edirik. Amma sistemi xaricə ixrac edə bilmirik. Çünki sistemin quraşdırılması üçün özümüz getməliyik. Bizdə isə belə bir xidmət yoxdur.


 


OXŞAR XƏBƏRLƏR

Kofe içənlərin DİQQƏTİNƏ! - Sizi bu təhlükə GÖZLƏYİR

Çoxlu qəhvə istehlak edən insanlarda bu içki asılılıq yara bilər.   Sfera.az xəbər verir ki, bu nəticəyə “Journal of Caffeine Research&...

İlham Əliyev və Kansler Olaf Şoltsun Berlində geniş tərkibdə görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü baş...

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞA ÇATDI - YENİLƏNDİ 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub. ...

Məşhur aktrisa xəstəxanaya yerləşdirildi - FOTO

Türkiyənin məşhur aktrisası Tuvana Türkay xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə aktrisa özü paylaşım edib.   &l...

Hindistanda PARLAMENT SEÇKİLƏRİ: Seçicilərə pulsuz yemək, taksi və...

Hindistanın Karnataka əyalətində seçicilərə pulsuz taksi, yemək və sağlamlıq fəaliyyəti göstəriləcək.   Sfera.az xəbər verir ki, Karnataka seçkilərd...

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...