\"ABŞ Ukraynaya əsgər göndərsə, Rusiya əlavə addımlar atmalı olacaq\" - Kremldən sərt bəyanat

\
Kremldən ABŞ-ın Ukraynaya dəstək məsələsinə reaksiya gəlib.

Sfera.az-ın məlumatına görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ABŞ Ukraynaya əsgər göndərərsə, Rusiya milli təhlükəsizliyi qorumaq üçün əlavə addımlar atmaq məcburiyyətində qalacaq.

Qeyd edək ki, 26 martda Donetsk ətrafında atəşkəs pozuntusu və 4 Ukrayna əsgərinin həlak olması, eləcə də sərhəddə və Krım istiqamətində Rusiya ordusunun hərəkətliliyinin artmasından sonra ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Sallivan Ukrayna prezident ofisinin rəhbəri Yermak, dövlət katibi Blinken isə xarici işlər naziri Kuleba ilə əlaqə saxlayıb. Blinken ukraynalı həmkarına Rusiyanın davamlı təcavüzü qarşısında Vaşinqtonun Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstəyinin olacağını bildirmişdi.

Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə isə, Rusiya təcavüzü baş verərsə, ABŞ Ukraynanı tək qoymayacaq və Moskvanın aqressiv cəhdlərinin həyata keçməsinə yol verməyəcək.
 
Türkan
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü başlayıb

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb....

Hindistanda PARLAMENT SEÇKİLƏRİ: Seçicilərə pulsuz yemək, taksi və...

Hindistanın Karnataka əyalətində seçicilərə pulsuz taksi, yemək və sağlamlıq fəaliyyəti göstəriləcək.   Sfera.az xəbər verir ki, Karnataka seçkilərd...

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...

Ukraynada nazir İSTEFA VERDİ

Ukraynanın Kənd Təsərrüfatı naziri Mikola Solski korrupsiya ittihamları fonunda istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber&...

Deputatdan maaş və pensiyaların artırılması ilə bağlı AÇIQLAMA: "Mayın 15-dən..." 

Bu ilin ilk rübündə dövlət büdcəsindən sosial müdafiə və sosial təminata proqnoz ilə müqayisədə 40 faiz daha çox vəsait ayrılıb.    Bunu Sfera.a...

Olaf Şolts: "Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək"

Bakıda bu il iqlimlə bağlı yeni hədəflərin 2025-ci ildən sonra maliyyələşdirilməsi məsələləri müzakirə ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə...