ABŞ İranın daha bir generalını öldürmək istədi, son anda QURTULDU - Təfərrüat

ABŞ İranın daha bir generalını öldürmək istədi, son anda QURTULDU - Təfərrüat
ABŞ ötən həftə, general Qasım Süleymaninin öldürülməsi üçün Bağdad aeroportuna raket zərbələri endirdiyi gün daha bir İran generalına qarşı ifrat məxfi əməliyyat keçirib. Lakin əməliyyat uğursuz olub.

Bu sensasion məlumatı "The Washington Post” qəzeti ABŞ-ın kəşfiyyat və hərbi dairələrinə istinadən yayıb.

Xəbər verilir ki, Amerika hərbçiləri ötən həftə, yanvarın 3-də Yəməndə İran İnqilab Keşikçiləri Korpusunun "Əl-Qüds” qüvvələrinin daha bir generalı Abdol Rza Şahlaya qarşı ifrat məxfi əməliyyat keçirib, lakin əməliyyat plan üzrə getməyib. Lakin qəzetin mənbələrindən biri deyib ki, İran generalı gələcəkdə yenidən Amerika hərbçilərinin hədəfi ola bilər.

Bildirilir ki, Pentaqon həm Qasım Süleymaniyə, həm general Şahlaya qarşı əməliyyatın keçirildiyini eyni vaxtda elan etməyə hazırlaşırdı. "Əgər biz onu da öldürsəydik həmin gecə bununla bağlı da fəxrlə danışardıq”,-amerikalı məmurlardan biri deyib.

Qəzetin yazdığına görə, ABŞ administrasiyası "Əl-Qüds” qüvvələrinin komandirlərindən olan general Abdol Rza Şahlayı İraqda amerikalı hərbçilərə qarşı hücumlarda təqsirli bilir. Bundan əvvəl ABŞ Dövlət Departamenti onun barəsində informasiya üçün 15 milyon dollar mükafat təyin edib.

Məqalədə deyilir ki, Abdol Rza Şahlayı aradan götürmək cəhdi Süleymaninin öldürülməsinin daha irimiqyaslı əməliyyatın tərkib hissəsi olduğunu göstərir. Yəni generalın Vaşinqtonun bəyanatında deyildiyi kimi, amerikalılara qarşı qaçılmaz hücumun qarşısını almaq üçün özünümüdafiə tədbiri kimi öldürüldüyü doğru deyil. Məqsəd İnqilab Keşikçiləri Korpusunun rəhbərliyini sıradan çıxarmaq idi.

Pentaqonda general Şahlayın öldürülməsi cəhdi barədə şərh verməyiblər. "Biz çoxdan terrorçuların məskəninə çevrilmiş Yəməndə endirilmiş zərbə barədə eşitmişik. Müdafiə Nazirliyi regionda keçirilən əməliyyatları şərh etmir”,-Pentaqon rəsmisi Rebbeka Rebarix TASS-a bildirib.

General Şahlay İnqilab Keşikçiləri Korpusunun maliyyə əməliyyatları üzrə mütəxəssisidir və "Əl-Qüds" qüvvələrinin xaricdəki əməliyyatlarına komandanlıq edənlərdən biridir.

Virtualaz.org 

OXŞAR XƏBƏRLƏR

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞLADI

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb....

Hindistanda PARLAMENT SEÇKİLƏRİ: Seçicilərə pulsuz yemək, taksi və...

Hindistanın Karnataka əyalətində seçicilərə pulsuz taksi, yemək və sağlamlıq fəaliyyəti göstəriləcək.   Sfera.az xəbər verir ki, Karnataka seçkilərd...

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...

Ukraynada nazir İSTEFA VERDİ

Ukraynanın Kənd Təsərrüfatı naziri Mikola Solski korrupsiya ittihamları fonunda istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber&...

Deputatdan maaş və pensiyaların artırılması ilə bağlı AÇIQLAMA: "Mayın 15-dən..." 

Bu ilin ilk rübündə dövlət büdcəsindən sosial müdafiə və sosial təminata proqnoz ilə müqayisədə 40 faiz daha çox vəsait ayrılıb.    Bunu Sfera.a...

Olaf Şolts: "Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək"

Bakıda bu il iqlimlə bağlı yeni hədəflərin 2025-ci ildən sonra maliyyələşdirilməsi məsələləri müzakirə ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə...