ABŞ-da koronavirusa yoluxanların sayı 1 milyonu ötdü

ABŞ-da koronavirusa yoluxanların sayı 1 milyonu ötdü
 ABŞ-da koronavirusa yoluxanların sayı artıb.

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, hazırda Birləşmiş Ştatlarda 1 milyondan çox koronavirus xəstəsi var. Ölkə hakimiyyətinin, səhiyyə orqanlarının, Ümumdünya Səhiyyə Təşkilatının və başqa rəsmi mənbələrin məlumatları əsasında hesablamalar aparan qəzetin məlumatına görə, ABŞ-da virusa yoluxma halları dünyada qeydə alınan yoluxmaların üçdə birini təşkil edir.

Qeyd edilir ki, ölkədə koronavirusdan 57 mindən çox insan ölüb. Ancaq qəzetin məlumatına görə, ekspertlər bu rəqəmləri azaldılmış hesab edirlər.

Birləşmiş Ştatlarda virusa ən çox yoluxma Nyu-York ştatında qeydə alınıb. Burada 295 106 nəfər COVID-19 daşıyıcısıdır. Siyahıda ondan sonra Nyu-Cersi (113 856 yoluxma) və Massaçusets (56 462) ştatları qərarlaşıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 milyonu ötüb. Bunların 934 mindən çoxu sağalıb, 212,5 min nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

OXŞAR XƏBƏRLƏR

ABB ABŞ-yə ilk bankçılıq missiyasında iştirak etdi - FOTO

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərliyi, Azərbaycan Banklar Assosiasiyasının və ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə ölkəm...

Prezident: "Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq"

Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələb artır. Əgər 2021-ci ildə biz Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdiksə, bu il bu...

Prezident: "COP29 qarşıdurma arenası olmayacaq"

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ ...

Prezident: "Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk"

Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İl...

Prezident: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir.   Sfera.az xəbər verir...

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı BAŞA ÇATDI - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun aprelin 26-da Berlində keçirilən birgə mətbuat ko...