ABŞ bölgədə Rusiyanı qabaqlayır – “Günahkar isə Moskvanın özüdür...”

ABŞ bölgədə Rusiyanı qabaqlayır – “Günahkar isə Moskvanın özüdür...”
"Bölgə ilə bağlı humanitar məsələlərin həllində ABŞ Rusiyanı üstələməyə başlayıb”.
 
Bu sözləri Sfera.az-a açıqlamasında iyunun 12-də Bakı ilə İrəvan arasında baş tutan humanitar addımda vasitəilik qismində Vaşinqtonun önə çıxması fonunda Rusiyanın bölgədə həlledici xarici qüvvə statusunu tədricən itirəcəyinə münasibət bildirərkən politoloq Məhəmməd Əsədullazadə deyib.

Həmsöhbətimiz qeyd etdi ki, belə durumun yaranmasına görə Rusiyanın özü günahkardır: "Azərbaycan tərəfi bir müddət çalışırdı ki, sərhədlərin delimitasiya və demarkasiyasını, mina xəritələrinin verilməsini Rusiya təşkil etsin.  Amma Rusiya humanitar məsələlərin həllində elə mövqe sərgilədi ki, nəticədə iki tərəf arasında münasibətlər daha da gərginləşdi. Bakı Rusiyanın humanitar məsələdə manipulyasiya etdiyini gördü. Bu boşluqdan isə ABŞ istifadə edərək, ortaya daha ardıcıl və praqmatik siyasət qoydu, nəticədə həmin məsələdə aktiv rol aldı”. 
 
Politoloq bildirib ki, Moskvanın siyasəti Bakı ilə yanaşı İrəvanı da qane etmir: "Ağ Ev Rusiyanı üstələmək istiqamətində addım atmaq üçün ən optimal variant olaraq məhz humanitar missiyanı önə çəkdi və bunu bacardı”.   
 
M. Əsədullazadə növbəti addım olaraq ABŞ-ın bölgə ilə bağlı daha çevik siyasət aparacağını gözləyir: "Sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiyaların açılmasında,  Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması prosesində Vaşinqton aktivləşəcək. Bu istiqamətlərdə ABŞ-ın aktivləşməsi daxildə Paşinyanın mövqeyini gücləndirəcək və Rusiyanın Ermənistandakı mövqeyini zəiflədəcək”.
 
Rüfət SULTAN
 

OXŞAR XƏBƏRLƏR

Kofe içənlərin DİQQƏTİNƏ! - Sizi bu təhlükə GÖZLƏYİR

Çoxlu qəhvə istehlak edən insanlarda bu içki asılılıq yara bilər.   Sfera.az xəbər verir ki, bu nəticəyə “Journal of Caffeine Research&...

İlham Əliyev və Kansler Olaf Şoltsun Berlində geniş tərkibdə görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü baş...

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞA ÇATDI - YENİLƏNDİ 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub. ...

Məşhur aktrisa xəstəxanaya yerləşdirildi - FOTO

Türkiyənin məşhur aktrisası Tuvana Türkay xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə aktrisa özü paylaşım edib.   &l...

Hindistanda PARLAMENT SEÇKİLƏRİ: Seçicilərə pulsuz yemək, taksi və...

Hindistanın Karnataka əyalətində seçicilərə pulsuz taksi, yemək və sağlamlıq fəaliyyəti göstəriləcək.   Sfera.az xəbər verir ki, Karnataka seçkilərd...

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...