ABŞ-a Türkiyə bazasını Gürcüstana köçürmək təklif edilir – İNCİRLİK VAZİANİSİYƏ KÖÇÜR?

ABŞ-a Türkiyə bazasını Gürcüstana köçürmək təklif edilir – İNCİRLİK VAZİANİSİYƏ KÖÇÜR?

ABŞ Prezidentinin Administrasiyası Vaşinqton və Ankara arasında artan ziddiyyətlər fonunda aviabazanı Türkiyəninİncirliyindən GürcüstanınVazianisinə köçürməyi təklif edir.


Sfera.az-ın məlumatına görə, bu fikri Xarici Siyasət Tədqiqatları İnstitutunun Avrasiya proqramı üzrə elmi əməkdaşı Miro Popxadze "Washington Examiner” nəşrində səsləndirib. Onun fikrincə, Amerika silahlı qüvvələrinin yerdəyişməsiRusiyanın xarici siyasətinə qarşı planlar qurmağa , eyni zamanda İranın Yaxın Şərqdəki ambisiyalarını məhdudlaşdırmağa kömək edə bilər.


Son illərdə Vaşinqtonla Ankaranın strateji maraqları haçalanmağa başladığına görə, Türkiyənin İncirlik aviabazasından istifadə dəfələrlə müzakirə mövzusuna çevrilib. Halbuki, bazanın dislokakasiya yerini dəyişməklə bu problemdən yan keçmək olardı. Ekspertlər belə düşünür.

 

Popxadze yazır ki, Gürcüstan ABŞ-a hərbi aviabazanın inşası üçün potensial məkan kimi keçmiş sovet bazası olan Vazianini təklif edə bilər.


Onun fikrincə, bu, qonşu bölgələrdə İran və Rusiya təsirininin qarşısını almağa imkan verərdi. Popxadze hesab edir ki, "Yaxın Şərqdə hərbi qüvvələrin imkanlarını artırmaq” və ehtiyac yaranarsa, öz kontinqentini oraya yerləşdirmək üçün ABŞ-ın kifayət qədər maliyyəsi olmalıdır.

 

Coğrafiyasıvə mövcud infrastrukturu nəzərə alınmaqla demək olar ki, GürcüstanABŞ-a İranın Yaxın Şərqdəki təsirini məhdudlaşdırmaqda və Rusiyanın Cənubi Qafqaza yönələn təhdidlərinin qarşısını almaqda yaxından kömək edə bilər.

 

"Popxadzenin irəli sürdüyü fikir yeni deyil. Vaşinqtonun Suriya və İraqda öz kontinqentini ixtisar etmək fonunda Heritage Foundation Araşdırma Mərkəzinin analitiki Lyük Koffi az əvvəl ABŞ qoşunlarını Gürcüstanın Axalkalakisinə yerləşdirməyi təklif etmişddi.”,- news.ru yazır.

 

 

Selcan

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev: "Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır"

Son vaxtlar mənim Almaniyaya səfərlərim müntəzəm xarakter alıb. Deyə bilərəm ki, son müddət ərzində Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayı...

“Qazprom” qiymətləri artırmaq istəyir, Ermənistan Bakıdan qaz ala bilərmi? - AÇIQLAMA

“Azərbaycan çox rahat şəkildə Ermənistanı qazla təmin edə bilər”.   Bunu Sfera.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. ...

Olaf Şolts İlham Əliyevə iqlim dəyişiklikləri ilə mübarizəsinə görə TƏŞƏKKÜR ETDİ

Azərbaycanın enerji sektorunda, xüsusilə külək, günəş enerjisi sahəsində 2030-cu ilə qədər faiz göstəricisini artıracağı çox gözəl xəbərdir.   Sfera....

Olaf Şolts: "Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır"

Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır. Son görüşdə hər ikiniz məni açıq olan sualların sülh yolu ilə həllini tapacağına əmin etdiniz.   Sfera...

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı KEÇİRİRLƏR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts aprelin 26-da Berlində mətbuat konfransı keçirirlər...

İlham Əliyev və Kansler Olaf Şoltsun Berlində geniş tərkibdə görüşü BAŞA ÇATDI - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü baş...