AA seriyalı maşınla piyadanı vurub öldürən sürücünün vəzifəsi bilindi - VİDEO

AA seriyalı maşınla piyadanı vurub öldürən sürücünün vəzifəsi bilindi - VİDEO
Dünən səhər saatlarında Bakıda piyadanı vuraraq ölümünə səbəb olan "Mercedes Maybach” markalı 99 AA 323 nömrəli avtomobilin sahibinin kimliyi məlum olub.

İyulun 28-də səhər saat 09:45 radələrində Səbail rayonu, Salyan yolu 5 ünvanında 99 AA 323 nömrəli "Mercedes Maybach” markalı avtomobillə piyada vurulub. Hadisə zamanı piyada, 1941-ci il təvəllüdlü İsmayılov Vardar Muxtar oğlu vəfat edib.

Hadisəni törədən şəxsin Xəzər rayon sakini, 1967-ci il təvəllüdlü Muradov Gülməmməd Məmməd oğlu olduğu müəyyən edilib.

Kürü və balıq məhsulları istehsal edən "Caspian Fish” şirkətinin vəzifəli şəxsi G.Muradov günahsız olduğunu bildirib. "Caspian Fish” şirkəti Gilan Holdinqə daxildir və sonuncu məlumata görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yaxın adamı Əhədpur Mənuçehr şirkətin prezidentidir.

Piyadanın vurulması ilə bağlı başlanan istintaq qəzanı törədən G.Muradovu sərbəst buraxıb.

Gülməmməd Muradovun adı daha öncə dələduzluq işində zərərçəkmiş kimi hallanıb. O, DİN-in Su Nəqliyyatında Polis İdarəsinin Ələt portunun sabiq rəisi, polis pokovniki Fərhad Məmmədxanova 150 min manat verib aldadıldığını bildirmişdi. Bununla bağlı F.Məmmədxanovun məhkəməsində iştirak edərək ifadə də verib. // "Qafqazinfo”


OXŞAR XƏBƏRLƏR

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndinə GETDİLƏR

Azərbaycanda səfərdə olan türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gediblər.   Sfera.az AZƏRTAC-a is...

Kofe içənlərin DİQQƏTİNƏ! - Sizi bu təhlükə GÖZLƏYİR

Çoxlu qəhvə istehlak edən insanlarda bu içki asılılıq yara bilər.   Sfera.az xəbər verir ki, bu nəticəyə “Journal of Caffeine Research&...

İlham Əliyev və Kansler Olaf Şoltsun Berlində geniş tərkibdə görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü baş...

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞA ÇATDI - YENİLƏNDİ 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub. ...

Məşhur aktrisa xəstəxanaya yerləşdirildi - FOTO

Türkiyənin məşhur aktrisası Tuvana Türkay xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə aktrisa özü paylaşım edib.   &l...

Hindistanda PARLAMENT SEÇKİLƏRİ: Seçicilərə pulsuz yemək, taksi və...

Hindistanın Karnataka əyalətində seçicilərə pulsuz taksi, yemək və sağlamlıq fəaliyyəti göstəriləcək.   Sfera.az xəbər verir ki, Karnataka seçkilərd...