“4 yumurta, pendir və çaya 40 manat verdik” - “Viləş”dən narazı qaldılar -FOTO

“4 yumurta, pendir və çaya 40 manat verdik” - “Viləş”dən narazı qaldılar -FOTO

Masallıya istirahətə gedən Bakı sakini "Viləş Palace Hotel”dəki qiymətdən narazı qalıb.  "Qafqazinfo” xəbər verir ki, Yusif Məhəmmədoğlu sosial şəbəkədə status yazaraq istirahət mərkəzinin vergidən yayındığını, müştərilərə qəbzin təqdim olunmadığını qeyd edib. 

Eyni zamanda, o, 4 yumurta, 1 pendir və çay üçün 40 AZN ödədiyini bildirib: "Masallı rayonunda yerləşən "Viləş Palace” MMC- də, yəni el dili ilə desək Viləş İstirahət Mərkəzində səhər yeməyi yedik. Şəkildə də gördüyünüz kimi 4 yumurta (1- i yeyilib), bir pendir və bir çaynik çay. Bu da edir 40 manat. Yediyimizə görə qəbz tələb etdik. Vermədilər və dedilər ki, otel yeməyə görə qəbz vermir. Deməli, bu da vergidən yayınmadır.

Sonra dedilər ki, səhər yeməyi bir adam üçün 10 manat, uşaqlar üçün isə ödənişsizdir. Belədirsə, deməli, biz 10 manat ödəməli idik. Axı deyirlər, uşaqlara pulsuzdur. Uşaqların anası da yeməyib.

3 yumurta ye və 40 manat ödə. Bəxtimiz orda gətirdi ki, biz orda nahar etmədik. Yəqin ki, 400 manat alacaqdılar. Yumurtanın biri 20 manat olan istirahət mərkəzində bir şiş kabab da 200 manat olar. Yazdım ki, məlumatınız olsun ki, yolunuz buralara düşsə, "Viləş”dən uzaq durun. Bizi aldatdılar, heç olmasa siz aldanmayın”. 

Məsələ ilə bağlı otelin mövqeyini öyrənmək istəsək də, bu barədə məlumat verəcəklərini bildiriblər.

 



OXŞAR XƏBƏRLƏR

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞLADI

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Kansleri Olaf Şoltsla təkbətək görüşü başlayıb.   Sfera.az xəbər verir ki, bu barədə Az...

Hindistanda PARLAMENT SEÇKİLƏRİ: Seçicilərə pulsuz yemək, taksi və...

Hindistanın Karnataka əyalətində seçicilərə pulsuz taksi, yemək və sağlamlıq fəaliyyəti göstəriləcək.   Sfera.az xəbər verir ki, Karnataka seçkilərd...

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...

Ukraynada nazir İSTEFA VERDİ

Ukraynanın Kənd Təsərrüfatı naziri Mikola Solski korrupsiya ittihamları fonunda istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber&...

Deputatdan maaş və pensiyaların artırılması ilə bağlı AÇIQLAMA: "Mayın 15-dən..." 

Bu ilin ilk rübündə dövlət büdcəsindən sosial müdafiə və sosial təminata proqnoz ilə müqayisədə 40 faiz daha çox vəsait ayrılıb.    Bunu Sfera.a...

Olaf Şolts: "Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək"

Bakıda bu il iqlimlə bağlı yeni hədəflərin 2025-ci ildən sonra maliyyələşdirilməsi məsələləri müzakirə ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə...