Azərbaycan nefti ucuzlaşır
13:45 / 19.03.2021
894
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 18-də 65,17 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,42 dollar/barel azdır.
Bu barədə Sfera.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 64,23 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,43 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 61,95 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,5 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 64,92 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,53 dollar/barel azdır.