\"Vaksinasiyanın sürətli və ədalətli şəkildə tətbiqinin ləngiməsi daha çox insanın ölümünə səbəb olacaq\" - ÜST rəsmisi

\
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) iclasında baş direktor Tedros Adhanom, peyvəndlər ölkələrdə tətbiq edilməyə başladıqca ÜST-ün təhlükəsizlik məsələlərini yaxından izlədiyi, Astra-Zeneca mövzusunda bildirilən qan laxtalanması hallarını araşdırdıqlarını vurğulayıb.
 
Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, Covid-19-la bağlı peyvənd və ölüm rəqəmlərindən bəhs edən  Adhanom, peyvəndin nə qədər vacib olduğundan danışıb və peyvənd səbəbindən hər hansı bir ölüm halının müəyyən edilmədiyinə də diqqət çəkib.

"Bəzi ölkələrin peyvənd sonrası bəzi insanlarda meydana gələn qan laxtalanmaları hallarına əsaslanaraq Astra-Zeneca peyvəndinin istifadəsini dayandırdığı haqqında məlumatlıyıq. Dayandırma təbdirləri tam araşdırma yekunlaşana qədər tədbir məqsədi güdür", - deyə Adhanom vurğulayıb. 

O qeyd edib ki, Avropa Dərman Agentliyi (EMA) qan laxtalanmaları halları ilə Astra-Zeneca peyvəndi arasında hərhansı bir bağlantı olduğuna dair əlamət aşkarlamadığı üçün araşdırma yekunlaşana qədər peyvəndin istifadəsinə davam edilə bilər.  

Adhanom hadisə ilə bağlı ÜST tam məlumat əldə edincə bütün əldə olunan faktları ictimaiyyətə çatdıracaqlarını da nəzərə çatdırıb. 

"Bugünədək dünya miqyasında 335 milyon dozdan daha çox Covid-19 peyvəndi tətbiq edilib və Covid-19 peyvəndlərinin səbəb olduğu hər hansı bir ölüm faktı aşkarlanmayıb. Lakin virus 2,6 milyondan çox insanın ölümünə səbəb olub. Mümkün olduqca sürətli və ədalətli şəkildə tətbiqi ləngidikcə daha çox insanın ölümünə səbəb olacaq”, - deyə Adhanom bildirib. 



OXŞAR XƏBƏRLƏR