Türkiyədə COVID-19-la bağlı son statistika

Türkiyədə COVID-19-la bağlı son statistika
Türkiyədə son sutka ərzində 93 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Sfera.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 7706 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 27 377, virusa yoluxanlar isə 2 579 896 nəfərə çatıb.

Türkiyədə indiyədək 2 468 419 pasiyent (son sutkada 7 215 nəfər) sağalaraq evə buraxılıb.

OXŞAR XƏBƏRLƏR