\"Narkotik asılılığından müalicə olunmaq üçün pulum yoxdur\" - Məşhur meyxanaçı SİRLƏRİNİ AÇDI

\

Meyxanaçı Mahir Cürət səhhəti barədə danışıb.

Sfera.az xəbər verir ki, söz ustadı ölkə.az-ın əməkdaşı ilə söhbətində bildirib ki, maddi durumu yaxşı olmadığından müalicə oluna bilmir:

''Səhhətim yaxşı deyil, lakin maddi imkanım yaxşı olmadığından müalicə oluna bilmirəm. Yanvar-fevral ayında toy bazarı zəif olduğu üçün məclislərə də gedə bilmirəm. Sonuncu dəfə iki ay bundan əvvəl toyda olmuşam. Üstəlik, oğlum da əsgərlikdə olduğu üçün maddi vəziyyətim heç ürəkaçan deyil".

Mahir Cürət narkotik asılılığından əziyyət çəkməsi barədə də söz açıb:

''Narkotik müalicəm hələ də davam edir. Üstəlik, yarımçıq qalıb. Aydın Xırdalanlının vəfatından sonra telekanallar dəvət etdi ki, ''verilişə çıx səni narkodispanserə göndərək''. Mən Aydın kimi də çox aludəçi olmamışam. Bacardığım qədər narkotikdən uzaq durmağa çalışmışam. Lakin hələ də əziyyətini çəkirəm. Çünki narkotikin əziyyəti ömürlükdür. Uzaq qalmağa çalışsam da, hərdən dərman içib özümü idarə edirəm''. 

Qeyd edək ki, Mahir Cürət uzun müddətdir ki, astma-bronxit xəstəliyindən və narkotik asılılığından əziyyət çəkir. 


OXŞAR XƏBƏRLƏR

Kofe içənlərin DİQQƏTİNƏ! - Sizi bu təhlükə GÖZLƏYİR

Çoxlu qəhvə istehlak edən insanlarda bu içki asılılıq yara bilər.   Sfera.az xəbər verir ki, bu nəticəyə “Journal of Caffeine Research&...

İlham Əliyev və Kansler Olaf Şoltsun Berlində geniş tərkibdə görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü baş...

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞA ÇATDI - YENİLƏNDİ 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub. ...

Məşhur aktrisa xəstəxanaya yerləşdirildi - FOTO

Türkiyənin məşhur aktrisası Tuvana Türkay xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə aktrisa özü paylaşım edib.   &l...

Hindistanda PARLAMENT SEÇKİLƏRİ: Seçicilərə pulsuz yemək, taksi və...

Hindistanın Karnataka əyalətində seçicilərə pulsuz taksi, yemək və sağlamlıq fəaliyyəti göstəriləcək.   Sfera.az xəbər verir ki, Karnataka seçkilərd...

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...