Bolkartlılar alış-veriş etdi, Bank of Baku uşaqları sevindirdi!

Bolkartlılar alış-veriş etdi, Bank of Baku uşaqları sevindirdi!
 

Keçirdiyi sosial yönümlü layihələrlə hər zaman seçilən Bank of Baku, Yeni il ərəfəsində Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində daha bir uğurlu işə imza atıb.

Kimsəsiz uşaqlara yeni ilin möcüzəsini və sevincini bəxş etmək istəyən bank, bu dəfə bu şərəfli vəzifəni Bolkart müştəriləri ilə bölüşüb.

Belə ki, Bank of Baku 05 – 25 dekabr 2019-cu il tarixləri arasında Bolkart taksit və ya debet kartı ilə edilən alış-verişlər zamanı müştərilərin qazandığı BAL-ların (cashback) həcmi qədər vəsait ayıraraq sosial layihənin icrasına yönəldib.

Qeyd edək ki, kampaniya müddətində müştərilər də öz razılıqları ilə etdikləri alış-verişlərdən qazandıqları BAL-ları uşaqlara hədiyyə edə bilərdilər. Bunun üçün müştərilərin onlara kampaniya haqqında Bank tərəfindən göndərilmiş SMS-lərə "OK” cavabını yazmaları kifayət etdi.

Beləliklə, Bank of Baku minlərlə Bolkart müştərisi ilə əl-ələ verərək uşaqlara yeni il sevinci, yeni il həyəcanı və ən əsası yeni il ümidi bəxş etdi. Bankın əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun nəznində fəaliyyət göstərən "Yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Mərkəzinə” və "Ümid yeri” uşaq sığınacağına gedərək, 100 nəfərə yaxın xüsusi diqqət və qayğıya ehtiyacı olan uşağı Yeni il sovqatı ilə sevindirdi. Uşaqlara Yeni il şənliyi təşkil edərək onların kiçik ürəklərinə gözəl həyəcanlar bəxş edən Bank, eyni zamanda onlar üçün aldığı gündəlik tələbat məhsulları və yeni il hədiyyələrini təqdim edib.

Daima uşaqlara özəl sosial layihələr həyata keçirən Bank of Baku-nun bu dəfə Bolkart müştəriləri ilə birgə keçirdiyi layihənin gedişatını əks etdirən video çarxla aşağıdan tanış bilərsiniz:



OXŞAR XƏBƏRLƏR

Yas mərasimləri ilə bağlı yeni qayda müəyyənləşdi

Sərt karantin rejiminin tətbiq edildiyi rayon və şəhərlərdə yaxın qohumunun dəfnində iştirak etmək istəyən şəxslər üçün yeni qaydalar müəyyənləşib. Bu bar...

Gələn həftə insanlar koronavirus testindən keçib rayonlara gedə biləcək? — TƏBİB-dən AÇIQLAMA

Bu resepti əslində yapon alimi 2015-ci ildə qrip epidemiyası zamanı tövsiyə etmişdi və bütün rus informasiya mənbələrində yayılmışdı. Koronavirusun da virus mən...

“Mall”arın və iri ticarət mərkəzlərinin fəaliyyəti ilə bağlı QƏRAR VERİLDİ

Avqustun 31-dək "Mall”arın və iri ticarət mərkəzlərinin fəaliyyətinə icazə verilməyəcək. Sfera.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında ...

Əhalinin diqqətinə! Bu gündən avtobuslar işləməyəcək

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda həftəsonu ictimai nəqliyyat işləməyəcək. Sfera.az-ın məlumatına görə, bu barədə Na...

Azərbaycanda koronavirusla bağlı SON STATİSTİKA - FOTO

 Azərbaycanda koronavirusla bağlı son statistika açıqlanıb. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) Sfera.az-a verilən məlumata görə, ...

Nazirlər Kabinetindən birdəfəlik ödəməylə bağlı QƏRAR

 Bu gün Azərbaycan Respublikasını Baş Naziri Əli Əsədov Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygö...