“Öz ölkənin komandasına qarşı oynamaq özəldir”

“Öz ölkənin komandasına qarşı oynamaq özəldir”

Avropa Liqasının qrup mərhələsinin ilk turunda sabah İspaniyanın "Sevilya” klubunu qəbul edəcək "Qarabağ”ın futbolçusu Miçel oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. 

Sfera.az-ın"qafqazinfo”-ya istinadən məlumatına görə, o, əvvəlcə görüş barədə fikirlərini bildirib.

- Bizim üçün "Sevilya” kimi komandaya qarşı oynamaq çox xoşdu. Məlumatımız var ki, keçən mövsümün sonunda baş məşqçini dəyişiblər. Bir çox futbolçu komandanı tərk etsə də, yerlərinə güclü oyunçular gəlib. Ancaq bizim də öz arzularımız var. Yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik.

- Rəqibin ispaniya təmsilçisi olması sizə nəsə deyirmi, yoxsa sıradan bir rəqib, adi oyundu?

- Bu, şəxsən mənim üçün özəl bir oyundu. Ümumiyyətlə, bu turnirdə iştirak etmək xüsusi hissdi. Çalışacağıq ki, bütün matçlardan zövq alaq və azarkeşlərimizi sevindirək.

- Komandada 3 ispan futbolçu var. Aranızda "Sevilya”ya qarşı necə oynamaqla bağlı söhbətiniz olubmu?

- 3 gün əvvəl çempionatda vacib matç var idi, daha çox ona yönəlmişdik, sonra istirahətimiz oldu. Bu gündən danışmaq üçün imkanımız olacaq. Doğrudan da, öz ölkənin komandasına qarşı oynamaq özəldi. Doğma meydanda çıxış edəcəyik, zövq almağa çalışacağıq.

- Vaxtilə "Sevilya”ya qarşı çox oynamısız. Bu komanda ilə oyunlar hansı məqamlarla yadda qalıb?

- Bəli, bunlar illər öncə olub. Əvvəlcə "Sportinq Xixon”, sonra "Xetafe"nin heyətində. Həm xoş, həm də xoşagəlməz xatirələr var. Udduğumuz və uduzduğumuz oyunlar olub. "Sevilya” hər zaman Çempionlar Liqasında oynamağa can atan komandadı. Bizi çətin oyunlar gözləyir.

- "Sevilya”da yaxından tanıdığın kimsə varmı? Varsa, kimləsə görüşəcəksənmi?

- "Xetafe”də bir yerdə oynadığım Eskudero burdadı. Hələ ki, danışmaq imkanımız olmayıb, sabah imkan olacaq.

 




OXŞAR XƏBƏRLƏR

Tərtərdə məktəblilər arasında əlbəyaxa davanın TƏFƏRRÜATI - VİDEO

Məktəblilər arasındakı dava ölümlə nəticələnib.   Sfera.az xəbər verir ki, hadisə Tərtərdə baş verib. Mübahisə edən şagirdlərdən biri digərinə xəsarə...

Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - FOTOLAR

Müasir Azərbaycanın memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibəti ilə Abşeron rayonunda tədbir keçirilib. &...

Bakıda İran vətəndaşının narkokuryerləri həbs edildi

Narkotikləri Bakıda müxtəlif ünvanlara yerləşdirərək bu barədə İran vətəndaşına məlumat verməli olan kuryerlər - Məhəmməd Kərimov və tanışı əvvəllər məhkum olun...

Bolqarıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı

Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri mayın 8-də başa çatıb.   Sfera.az  xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqla...

Modeli döyməkdə təqsirləndirilən biznesmen külli miqdarda pul mənimsəyib?

Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) külli miqdarda qanunsuz kredit almaqda təqsirləndirilən Ziya Hüseynzadənin cinayət işi üzrə növbəti məhkəmə pros...

Əsədov Əliyevin məktubunu Ərdoğana təqdim etdi

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfəri çərçivəsində mayın 8-də Prezident Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.   Sfera.az xəbər verir ...