Yollarımızda ölümü azaldan yenilik olacaqmı?

Yollarımızda ölümü azaldan yenilik olacaqmı?
Azərbaycan yollarında plastik materialdan olan arakəsmələrin quraşdırılması, hələ ki, nəzərdə tutulmur.
 

Bu barədə Milli.Az-a "Azəravtoyol" ASC-nin mətbuat katibi Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, Azərbaycanda yol qəzaları zamanı ağır nəticələrin qarşısını almaq məqsədilə plastik materialdan olan arəkəsmələrin quraşdırılması ilə bağlı irəli sürülən təkliflər hazırda müzakirə mövzusu deyil:

"Bizdə təcrübədə belə bir şey yoxdur. Əgər avtomobil sürətlə gəlib yolun kənarındakı istənilən maneəyə dəyərsə, orada mütləq hansısa ağır nəticə olmalıdır. Bunun olmaması mümkün deyil. Bəlkə də aşağı sürət həddi, məsələn, 60-70 km/saat müəyyən edilmiş yollarda belə bir şey etmək, plastik arakəsmələr qoymaq olar. Amma yol əgər 120 km/saat sürətlikdirsə, orada plastik arakəsmə qoymaq olmaz. Əgər avtomobil ora dəysə, mütləq onu vurub dağıdacaq. Necə ki, dəmir və ya beton arakəsmə qoyulur, amma vurub dağıdırlar".

A.Nəcəfli qeyd edib ki, xarici ölkələrdə də yollarda arakəsmələr, əsasən, ya beton, ya da dəmirdən olur: "Hər halda mən plastik arakəsmələrin olduğunu nə görməmişəm, nə də eşitməmişəm. Sadəcə, bizdə bəzi yerlərdə sürücülər avtomobillərini dəmir arakəsmələrə çox vurub əzirdilər, ona görə də dərmiri beton arakəsmələrlə əvəzlədik. Dəmir arakəsmələrin zay olması büdcəyə çox ziyan vururdu. Çünki onlar Azərbaycanda istehsal olunmur, xaricdən gətirilir və ona görə də gətirilməsi və dəyişdirilməsi çox baha başa gəlirdi. Beton isə burada istehsal olunur və daha ucuz başa gəlir. Bu səbəbdən bəzi yerlərdə, məsələn, Bakı-Sumqayıt yolunda dəmirləri betonla əvəzlədik".


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı KEÇİRİLİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts aprelin 26-da Berlində mətbuat konfransı keçirirlər...

İlham Əliyev və Kansler Olaf Şoltsun Berlində geniş tərkibdə görüşü BAŞA ÇATDI - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü baş...

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndinə GETDİLƏR

Azərbaycanda səfərdə olan türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gediblər.   Sfera.az AZƏRTAC-a is...

Kofe içənlərin DİQQƏTİNƏ! - Sizi bu təhlükə GÖZLƏYİR

Çoxlu qəhvə istehlak edən insanlarda bu içki asılılıq yara bilər.   Sfera.az xəbər verir ki, bu nəticəyə “Journal of Caffeine Research&...

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞA ÇATDI - YENİLƏNDİ 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub. ...

Məşhur aktrisa xəstəxanaya yerləşdirildi - FOTO

Türkiyənin məşhur aktrisası Tuvana Türkay xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə aktrisa özü paylaşım edib.   &l...