YAP-ın 8 milyon gəliri olub

YAP-ın 8 milyon gəliri olub
 Bu gün Yeni Azərbaycan Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib.
 
Sfera.az xəbər verir ki, iclasda YAP İdarə Heyətinin 2017-ci ilə dair illik hesabatı, partiyanın tərkibi, Gənclər Birliyinin və Qadınlar Şurası tərkibi haqqında 2017-ci ilə dair illik statistik hesabat, partiyanın 2017-ci il üzrə maliyyə hesabatı və İdarə Heyətinin 2018-ci ilin birinci yarımilliyinə dair iş planı müzakirə olunaraq qəbul edilib. 

Baş nazirin müavini, YAP Sədrinin müavini – icra katibi Əli Əhmədov iclasın gündəliyinə daxil olan məsələlər barədə məlumat verərək, qeyd edib ki, 2017-ci ildə Azərbaycanın iqtisadi və sosial həyatında dinamik inkişaf davam etdirilib. 

Qeyd edib ki, Yeni Azərbaycan Partiyasının sıralarının genişlənməsi ötən il ərzində də  davam edib, hesabat dövrü ərzində 24 min nəfərdən çox yeni üzv qəbul edilib və beləliklə, partiya üzvlərinin sayı 710 min nəfəri keçib. Partiyaya daxil olanların sırasında gənclər və qadınlar üstünlük təşkil edib.

İdarə Heyətinin iclasında YAP-ın ötən ilə dair gəlirləri və xərcləri barədə hesabat dinlənilib. Qeyd olunub ki, 2017-ci ildə YAP-ın gəlirləri 8 315 436 manat olub. Bunun 7 173 280  manatını üzvlük haqları, 1 142 156 manatını  büdcədən siyasi partiyalara ayrılan dövlət dəstəyindən partiyaya düşən pay təşkil edib.

YAP-ın hesabına daxil olan maliyyə vəsaitinin 4 202 663 manatı partiyanın İcra Katibliyinin və yerli təşkilatlarının əməkdaşlarının əmək haqqının ödənilməsinə, 713 757  manatı partiya və onun yerli təşkilatlarının, gənclər və qadınlar təşkilatlarının keçirdiyi tədbirlərin maliyyələşməsinə, xeyriyyə aksiyalarına, 42 785 manatı ezamiyyə xərclərinə, 204 302 manatı invertarların alınmasına, 4 419 586 manatı tikinti və təmir işlərinə, 421 317  manatı kommunal və təsərrüfat xərclərinə, 242 535 manatı yanacaq və avtomobillərə xidmət işlərinə,   59 930 manatı bank xidmətinə, 50 385 manatı dəftərxana xərclərinə, 38 285 manatı çap işlərinə, 104 986 manatı isə sair xərclərə sərf edilib.

Əvvəlki illərin qalıq hesablarından köçürmələr də daxil olmaqla Yeni Azərbaycan Partiyasının cəmi xərcləri 10 500 531 manat təşkil edib. Hesabat ilinin sonuna partiyanın cari hesablarında və ehtiyat hesabında 6 446 014 manat qalıb.

OXŞAR XƏBƏRLƏR

İlham Əliyev: "Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır"

Son vaxtlar mənim Almaniyaya səfərlərim müntəzəm xarakter alıb. Deyə bilərəm ki, son müddət ərzində Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayı...

“Qazprom” qiymətləri artırmaq istəyir, Ermənistan Bakıdan qaz ala bilərmi? - AÇIQLAMA

“Azərbaycan çox rahat şəkildə Ermənistanı qazla təmin edə bilər”.   Bunu Sfera.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. ...

Olaf Şolts İlham Əliyevə iqlim dəyişiklikləri ilə mübarizəsinə görə TƏŞƏKKÜR ETDİ

Azərbaycanın enerji sektorunda, xüsusilə külək, günəş enerjisi sahəsində 2030-cu ilə qədər faiz göstəricisini artıracağı çox gözəl xəbərdir.   Sfera....

Olaf Şolts: "Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır"

Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır. Son görüşdə hər ikiniz məni açıq olan sualların sülh yolu ilə həllini tapacağına əmin etdiniz.   Sfera...

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı KEÇİRİRLƏR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts aprelin 26-da Berlində mətbuat konfransı keçirirlər...

İlham Əliyev və Kansler Olaf Şoltsun Berlində geniş tərkibdə görüşü BAŞA ÇATDI - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü baş...