Texnologİya

Yadplanetlilərlə danışıq dili kəşf olunur

Yadplanetlilərlə danışıq dili kəşf olunur
Alimlər yadplanetlilərlə danışmaq üçün yeni danışıq dili kəfş etdiklərini iddia edirlər.

Yaxın bir neçə ildə alimlər dünyanı izləyən yadplanetlilərlə ilk universal dili yaradacaqlar. Astronomlar və dünyanın müxtəlif ölkələrindən olan linqvistləri yeni "qalaktikalararası" dilin hazırlanmasının yer sakinlərinin yerdən kənar sivilizasiyalar haqqında informasiya toplamaqlarına şərait yaradacağını deyir.
Alimlər hesab edir ki, universal ünsiyyət vasitəsinin olması hər hansı kosmik vasitələrin araşdırma müddətindən daha tez nəticə verə bilər. Hesab edilir ki, bu təşəbbüs gerçəkləşərsə yadplanetlilərin Yer kürəsinə gəlişi sakinləri qorxutmayacaq və ünsiyyətin köməyilə onlar uyğun dil tapa biləcək.

Yüzilliyin layihəsini alimlər "SETI" adlandırıb. Tədqiqatçılar yerdən kənar sivilizasiyalarla əlaqə qurmağa çalışdıqlarını deyərək bu layihəyə dəstək olmaq üçün NASA-ya müraciət ünvanlayıblar. SETİ layihəsinin tədqiqatçıları düşünür ki, NASA alimləri ilə birgə fəaliyyət əsasında yaxın 20 il ərzində planetin ən yaxşı halda mövcud kommunikasiya problemi həll olunacaq.

Tədqiqat əsasında yalnız yeni dil sınaqdan keçirilməyəcək. Eyni zamanda sınaqlarda həm də güclü ötürücü aparatlar, kommunikasiya əlaqələrini təmin edə biləcək yeni alətlər də test ediləcək. Yerdən kənara davamlı siqnal göndərərək onları ünsiyyətə cəlb etmək planlaşdırılır. (publika.az)
 
AdRiver

XƏBƏR LENTİ