Xırdalanda baş verən atışmanın səbəbi bəlli oldu - Həmin şəxslər... - FOTOLAR

Xırdalanda baş verən atışmanın səbəbi bəlli oldu - Həmin şəxslər... - FOTOLAR
 Abşeron rayonunun Xırdalan şəhərində atışma baş verib.

Sfera.az "Report"a istinadən xəbər verir ki, Quşçuluq massivində üç nəfər şübhəli şəxs saxlanılan zaman hüquq-mühafizə orqanları əməkdaşlarına silahlı müqavimət göstərib.

Nəticədə onların hər üçü zərərsizləşdirilib. Onların üzərinə baxış zamanı silah-sursat aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu, Dövlət Təhlükəsizlik Xidmətinin Milli Şuranın mitinqində terror aktı planlaşdıran şəxslərin zərərsizləşdirilməsi istiqamətində apardığı əməliyyatın tərkib hissəsidir.

DTX bundan əvvəl 2017-ci il oktyabrın 28-də Bakı şəhərində keçiriləcək mitinqdə terror aktı törətməyi planlaşdıran bir qrup şəxsin məhv edildiyi barədə məlumat yayıb.

Bildirilir ki, həmin şəxslər ardıcıl terror aktları törətmək məqsədi ilə əldə etdikləri maddə və ləvazimatlarla kustar üsulla partlayıcı-yandırıcı predmetlər hazırlayıb, 2017-ci il oktyabr 22-də Bakı şəhəri, Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində seçdikləri məkanda sınaqdan keçiriblər.

DTX-da başlanılmış cinayət işi üzrə barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar çıxarılmış şəxslərin saxlanılması üçün 2017-ci il oktyabrın 25-də kompleks əməliyyat tədbirləri keçirilib.

Əməliyyat zamanı cinayətkar dəstənin üzvləri - Azərbaycan Respublikasının vətəndaşları Ələkbərov Bəxtiyar Məmmədsadıq oğlu, "Əbu-Yunis” ləqəbli Məsimli Anar Mehman oğlu, "Əbu-Vakkaz” ləqəbli Hüseynli Cavid Hüseyn oğlu odlu silahlardan atəş açmaqla birgə silahlı müqavimət göstərərkən xüsusi əməliyyat qrupu tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla məhv ediliblər.

Qeyd edək ki, Milli Şura Bakıdakı "Məhsul" stadionunda mitinq keçirəcəyini bəyan edib.


OXŞAR XƏBƏRLƏR

Kofe içənlərin DİQQƏTİNƏ! - Sizi bu təhlükə GÖZLƏYİR

Çoxlu qəhvə istehlak edən insanlarda bu içki asılılıq yara bilər.   Sfera.az xəbər verir ki, bu nəticəyə “Journal of Caffeine Research&...

İlham Əliyev və Kansler Olaf Şoltsun Berlində geniş tərkibdə görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü baş...

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞA ÇATDI - YENİLƏNDİ 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub. ...

Məşhur aktrisa xəstəxanaya yerləşdirildi - FOTO

Türkiyənin məşhur aktrisası Tuvana Türkay xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə aktrisa özü paylaşım edib.   &l...

Hindistanda PARLAMENT SEÇKİLƏRİ: Seçicilərə pulsuz yemək, taksi və...

Hindistanın Karnataka əyalətində seçicilərə pulsuz taksi, yemək və sağlamlıq fəaliyyəti göstəriləcək.   Sfera.az xəbər verir ki, Karnataka seçkilərd...

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...