\"Xidməti maşınlara qiymət məhdudiyyəti qoyulmalıdır\"

\
"Mənəvi baxımdan onun belə bir addım atmağa haqqı yox idi”
Sfera.az-a açıqlamasında bu sözləri Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının xidməti istifadə üçün 250 min manata başa gələn bahalı avtomobil sifariş verməsinə münasibət bildirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib: "Burada mənəvi məsələ də var. İşğal altında olan bir rayon icra hakimiyyəti başçısının belə bahalı avtomobil üçün satınalma tenderi élan etməsi mənəvi cəhətdən də ciddi sual və problemlər doğurur. Çünki həmin rayon əhalisi məcburi köçkün şəraitində yaşayır. Bu mənada icra hakimiyyətinin əlavə vəsaiti varsa, həmin vəsaiti məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşması istiqamətində müəyyən layihələrə xərcləyə bilərdi. Ona görə də bu məsələ büdcəyə əlavə mənasız yerə zərər vurmaqla yanaşı, ciddi bir mənəvi problem də yaradır. Həmin səbəbdən mənəvi baxımdan da Kəlbəcər icra hakimiyyəti başçısının belə bir addım atmağa haqqı yox idi”.
Həmsöhbətimiz təəssüflə qeyd etdi ki, məmurların bahalı xidməti maşınlardan istifadə etməsinə qadağa yoxdur: "Məmurların xidməti avtomobillərdən istifadə zamanı satınalmalarda bahalı avtomobillərdən yararlanmalarına gəldikdə, qanunla təəssüf ki, buna qadağa yoxdur. Bir çox ölkələrdə bu istiqamətdə məmurlara müəyyən məhdudiyyətlər qoyulub. Hətta Rusiyada bir neçə ildir ki, məmurların ölkə daxilində istehsal edilən avtomobilləri almasının öncüllüyü məsələsi gündəmdədir. Bu nöqteyi-nəzərdən təbii ki, Azərbaycanda da belə məhdudiyyətlərin qoyulması ilə bağlı qanunverici dəyişikliklərə ehtiyac vardır. Azərbaycan avtomobil istehsal etməsədə, xidməti avtomobil alınarkən qiymətlə bağlı məhdudiyyətlər qoyula bilər. Azərbaycanda məmurların ranqa uyğun olaraq qiymət baxımından hansı maksimal həddə avtomobil almaqla bağlı qanunvericilik baxımından məhdudiyyət tətbiq etmək olar. Yalnız bu halda, məmurlar da xidmət zamanı istifadə üçün bahalı avtomobil almağa meyllənməzlər”. Qeyd edək ki, Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı Aqil Məmmədov xidməti istifadə üçün "Mercedes Benz S 350” markalı yeni avtomobil almağa qərar verib və bununla bağlı açıq tender elan edib. Onu da vurğulayaq ki, icra başçısının istədiyi həmin markalı avtomobilin qiyməti 250 min manata yaxındır.
ELÇİN

OXŞAR XƏBƏRLƏR

6 kənddə işıq OLMAYACAQ - XƏBƏRDARLIQ

Bu gün Masallı rayonunun 6 kəndində enerji verilişində fasilə yaranacaq.   Bu barədə Sfera.az-a “Azərişıq” ASC-dən məlumat veri...

Prezident: "Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır"

Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır. Burada hər hansı ayrı-seçkiliyə yol verilməməlidir.   Sfera....

Türk Dövlətləri parlamentlərinin Beynəlxalq Münasibət Komitələrinin birgə iclası keçirilib – FOTOLAR

Bu gün Milli Məclisdə Türk Dövlətləri parlamentlərinin Beynəlxalq Münasibət Komitələrinin birgə iclası keçirilib.   Sfera.az xəbər verir ki, iclası g...

İlham Əliyev: "Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir"

Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir. Biz, sadəcə, bu sərmayələr üçün müvafiq münbit iqlim yaradırıq.   S...

“İsrail birinci mərhələdə 20 girovu azad etməyə hazırdır” - “The Times of Israel”

“İsrail razılaşmanın birinci mərhələsində 20 girovu azad etməyə hazırdır”.   Sfera.az xəbər verir ki, bu barədə “The Times of Israe...

Prezident: "Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi"

Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi.   Sfera.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ap...