“Xalq kasıbdır, insanlar zülmlə dolanır” – Bilal Əliyev

“Xalq kasıbdır, insanlar zülmlə dolanır” – Bilal Əliyev

"İllərdir eyni nömrəni istifadə edirəm, hər kəsdə nömrəm var, mənimlə istədikləri vaxt əlaqə yarada bilirlər. Bəzən kasıb bir adam zəng vurub deyir ki, "Bilal müəllim, bir şəhid ailəsində toy məclisi var, gəlib yarım saat oxuyarsınızmı?” Belə olanda deyirəm ki, baş üstə, təbii ki, gələrəm. Şəhid ailələri üçün biz hamımız təmənnasız oxumalıyıq”.

 

 

Sfera.az xəbər verirki, bu sözləri yeni sabah-a açıqlamasında Xalq artisti Bilal Əliyev deyib. Müğənni bildirib ki, pul onun üçün əsas meyar deyil: "Xalqı düşünmək, xalqın xeyrində-şərində iştirak etmək lazımdır. Mən onsuz da xarici ölkələrə gedib, yaxşı qiymətə toylarda oxuyuram. Amam mənim xalqım kasıbdır, camaat zülmlə yaşayır, onlara da xidmət etməyi özümə borc bilirəm. Bunu heç kəsdən gizlətmirəm, düz dörd ildir söz vermişəm ki, öz xalqım üçün ən ucuz qiymətə gedib oxuyacağam və o sözü də tuturam. Lakin mən eyni zamanda çox baha qiymətə xarici ölkələrə gedib, toy, yubiley məclislərini də oxumuşam. Azərbaycan vətəndaşına xidmət etmək bizim borcumuzdur. Çünki bizim vətəndaş gedir bir ay işləyir 300 manat maaş alır, ya da 200 manat təqaüd alır, onu toplayıb övladına məclis keçirir, bəs mən onları düşünməyim? Mən on dəfə Həccə gedib-gəlmişəm, onda belə çıxır ki, elə-belə gedib gəlmişəm? İnsanlara yardım etmək lazımdır”.



OXŞAR XƏBƏRLƏR

Bakıda 21 yaşlı model faciəvi şəkildə ÖLDÜ - FOTO

Bakıda gənc qız dəm qazından boğulub.   Sfera.az xəbər verir ki, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsəno...

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində ÇIXIŞ EDİR - YENİLƏNDİ - 2 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində keçirilən XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edir. &...

Rusiyanın “GÖZÜ DÖNÜB”: “Ukrayna üçün çətin dövr başlayır” 

“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək”.   Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatın...

Blinken çinli həmkarı ilə Ukraynanı müzakirə edəcək

ABŞ-nin dövlət katibi Antoni Blinken Pekində çinli həmkarı Van İ ilə görüşüb.   Sfrera.az-ın “Reuters“ə istinadən xəbərinə görə, bağlı qa...

Leysan nəticəsində həbsxanadan 118 məhbus QAÇDI

Nigeriyanın paytaxtı Suleja yaxınlığında leysan yağışlar nəticəsində həbsxanadan 118 məhbus qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv H...

Bakıda qadın buna görə mağazadan QOVULDU - VİDEO

Bakıda mağazalardan birində qəribə hadisə yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbələlərdə yayılıb.   Belə ki, ...