Vyana görüşü danışıqlar prosesinə nə vəd edir? - Ekspert rəyi

Vyana görüşü danışıqlar prosesinə nə vəd edir? - Ekspert rəyi
 

"Liderlərin Vyana görüşü ilə İrəvanın başqa bəhanələrlə danışıqlarda vaxt udmaq imkanı məhdudlaşdırıldı”

Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın Vyana görüşünü dəyərləndirərkən Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib:

"Bilirsiniz ki, Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra həm münaqişənin həlli istiqamətində müəyyən ümidlər yarandı, həm də bir qədər qeyri-müəyyənliklər mövcud idi. Ümidlər onunla bağlı idi ki, Ermənistanın əvvəlki hakimiyyəti münaqişənin həllilə bağlı konstruktiv mövqe sərgiləmirdi. Ümumiyyətlə düşmən tərəf problemlərin yığılıb qalmasında maraqlı idi. Gələn hakimiyyət isə bildirdi ki, əvvəlki hakimiyyət zamanında yığılıb qalan problemləri həll edəcək. Bu müstəvidə güman var idi ki, Paşinyan əvvəlki iqtidardan qalan problemləri həll etməyi düşünürsə, bu problemlərdən biri də Qarabağ konfliktidir. Ona görə də güman edilirdi ki, Paşinyan bəlkə də münaqişəyə yönəlik münasibəti dəyişər və İrəvanın indiyə qədər sərgilədiyi qeyri-konstruktiv mövqedə dəyişiklik yaranar. Belə bir ümidin olması ilə yanaşı həm də qeyri-müəyyənlik hökm sürürdü. Çünki, Paşinyanın müxtəlif dövrlərdə münaqişə istiqamətində verdiyi açıqlamalar bir-birilə təzad təşkil edir. Paşinyan münaqişənin formatının dəyişdirilməsilə bağlı sərsəm mövqe ortaya qoymağa çalışırdı.

Ancaq Vyana görüşü göstərdi ki, işğalçının bu sərsəm istəyinin üzərindən geriyə dönüş oldu. Bu baxımdan da Vyana görüşü əhəmiyyətli idi.

Ermənistanın Vyana görüşünə qədər format dəyişikliyi bəhanəsilə vaxt qazanma arzusu martın 29-da olan təmaslar fonunda reallaşmadı. Ən azından əvvəlki proses davam edir. İrəvan danışıqlar stolu arxasında ya konkret məsələyə münasibət bildirməli, ya "hə”, ya da "yox” deməlidir. Ermənistan bu günə qədər müxtəlif vaxtlarda "hə”, "yox” demək məqamı gəlib çatanda, başqa bəhanələrlə vaxtı udmağa çalışıb. Vyana görüşü ilə isə onun başqa bəhanələrlə vaxt udmaq imkanı məhdudlaşdırıldı”.

Digər tərəfdən, həmsöhbətimiz prosesə çox da ümidverici yanaşmır:

"Ermənistan rəsmilərinin verdiyi açıqlamalar göstərdi ki, proses çox da ümidverici deyil. Belə ki, danışıqların aparıldığı gün Ermənistan müdafiə nazirinin verdiyi açıqlama belə düşünməyə əsas verir. O sülh danışıqlarına deyil, hərbi müstəviyə önəm verdiklərini bildirib. Bu da onu göstərir ki, Ermənistan danışıqlar prosesini uzatmağa çalışır. Bu kimi hərbi şüarlarla Ermənistan cəmiyyətinə müəyyən mesajlar verirlər ki, aprel döyüşlərindəki uğursuzluqlarını ört-basdır etməyə nail olsunlar”.

Qeyd edək ki, matrın 29-da Vyanada ATƏT-in Minsk qrupu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş baş tutdu. Uzun müddət idi ki, münaqişə tərəfləri liderləri arasında bu səpkidə görüşlər yox idi. Paşinyan Ermənistanda hakimiyyətə yiyələndikdən bir il sonra nəhayət belə bir görüş reallaşdı.

Elçin

 


OXŞAR XƏBƏRLƏR

“İsrail birinci mərhələdə 20 girovu azad etməyə hazırdır” - “The Times of Israel”

“İsrail razılaşmanın birinci mərhələsində 20 girovu azad etməyə hazırdır”.   Sfera.az xəbər verir ki, bu barədə “The Times of Israe...

Prezident: "Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi"

Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi.   Sfera.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ap...

XİN: "Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi əsassızdır"

Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırırıq.   Sfera.az xəbər verir ki, bunu ...

Prezident: "Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər"

Faydalı qazıntı ilə zəngin ölkə olaraq Azərbaycan OPEC+ platformasının üzvüdür və bu da əlavə üstünlük verir.   Sfera.az xəbər verir ki, bu fikri Azə...

İki ildə 72 kiloqram arıqlayan qadın pəhriz reseptini AÇIQLADI - FOTO

ABŞ sakini iki ildə 72 kiloqram arıqlayıb.   Sfera.az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.   Viskonsin ştatı...

Şirvanda narkotikə görə 6 nəfər HƏBS EDİLDİ - FOTO

Şirvanda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.   Bu barədə Daxili İşlər Nazirliyindən...