Vüqar Həşimov Memorialına qatılacaq şahmatçıların adları açıqlanıb

Vüqar Həşimov Memorialına qatılacaq şahmatçıların adları açıqlanıb
 

Azərbaycanın tanınmış qrossmeysteri, Avropa çempionu mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunan şahmat üzrə ənənəvi "ShamkirChess 2019” beynəlxalq superturnirinin iştirakçıları dəqiqləşib.

 

Yarışın Təşkilat Komitəsindən ONA-ya verilən məlumata görə, XXI kateqoriyalı turnirdə bu dəfə də FİDE reytinqində yüksək yerlərdə qərarlaşan 10 güclü qrossmeyster mübarizə aparacaq.

 

Belə ki, Vüqar Həşimov Memorialına hazırkı dünya çempionu, "ShamkirChess” turnirinin üçqat qalibi, FİDE reytinqində ilk pillədə qərarlaşan norveçli Maqnus Karlsen, çinli Dinq Liren, hollandiyalı Aniş Giri, hindistanlı sabiq dünya çempionu Vişvanatan Anand, rusiyalılar Aleksandr Qrişukla Sergey Karyakin, FİDE versiyası üzrə bolqarıstanlı dünya çempionu Veselin Topalov və çexiyalı David Navara (2739) qatılacaqlar.

 

Azərbaycanı superturnirinin ikiqat qalibi, üçqat Avropa çempionu, rapid üzrə dünya çempionu, FİDE reytinqində beşinci pillədə qərarlaşan Şəhriyar Məmmədyarovla üçqat Avropa çempionu, dünya çempionatının bürünc mükafatçısı Teymur Rəcəbov təmsil edəcək.

 

Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2019” turnirinin təntənəli açılış mərasimi martın 30-da Şəmkirdəki Heydər Əliyev Mərkəzində olacaq. 9 turdan ibarət yarışa aprelin 9-da yekun vurulacaq.

 

Xatırladaq ki, 2014, 2015 və 2018-ci illərdə yarışın qalibi dünya çempionu Maqnus Karlsen (Norveç) olub. 2016 və 2017-ci illərdə isə azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov birinci yeri tutub.


OXŞAR XƏBƏRLƏR

Ukrayna “Eurovision 2024”ün finalına yüksəldi

İsveçin Malmö şəhərində keçirilən “Eurovision 2024” mahnı müsabiqəsində Ukrayna təmsilçiləri Alyona Alyona və Cerri Heil Eurovision 2024 finalına və...

Bloqqer ədəbsiz geyimdə alış-veriş etdiyinə görə həbs edildi - FOTOLAR

Fitnes-bloqqer Manael əl-Otaibi uyğunsuz adlandırılan geyimdə alış-verişə getdiyi üçün 11 il həbs edilib. Qızın cəzası yanvar ayında elan edilsə də, bu işin təf...

ABŞ və Rusiya alimləri işığın naməlum xüsusiyyətini kəşf ediblər

ABŞ-nin Kaliforniya Universiteti və Rusiyanın Kazan Dövlət Universitetindən ibarət beynəlxalq alimlər qrupu işığın maddə ilə qarşılıqlı təsirinin əvvəllər məlum...

Prokurorluq kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır

Zaqatala şəhərində yerləşən iaşə obyektlərindən birində 15 nəfər şəxsin qidadan zəhərlənməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır.   B...

“Avroviziya-2024”ün birinci yarımfinalı başladı

İsveçin Malmö şəhərində 68-ci “Avroviziya” mahnı müsabiqəsi birinci yarımfinalı başlayıb.   Sfera.az xəbər verir ki, birinci yarımfinalda...

Zebralar niyə bir-birlərinə baş yelləyirlər?

Yeni bir araşdırma sübut edib ki, zebralar qarşı cinsin və ya tanış qohumların diqqətini cəlb etmək və onları gəzinti və ya tanışlıq kimi birgə fəaliyyətə dəvət...