Virtual karabakhyuxarı 900 dollara baxış sayı, 2000 dollara “Instagram”da göy işarəni satın alırlar - İDDİA +VİDEO

Virtual karabakhyuxarı 900 dollara baxış sayı, 2000 dollara “Instagram”da göy işarəni satın alırlar - İDDİA +VİDEO

Xalq artisti Faiq Ağayev və müğənni Nigar Camal son vaxtlar gündəmdə olan sosial şəbəkələrdə yalandan trendə düşən, baxış sayı qazanan sənətçilər haqqında maraqlı açıqlamalar veriblər.

Sfera.az xəbər verir ki, "Söhbət var” proqramında sənətçilər hər şeyin pulla əldə edildiyini bildiriblər.

Faiq Ağayev həmkarlarının 900 dollara özlərinə baxış sayı aldıqlarını bildirib:

"Baxış sayları rüşvətlə alınır. Amma yaxşı işlərdə trendə düşür. Yerli, bir çox keyfiyyətli insanlarımız pul ödəmədən də trenddə birinci olur.

Ümumiyyətlə, hamısı pulla alınır. Bu barədə kimdən soruşsaq, "yox” deyəcək. Amma bunu çox asanlıqla bilmək olar. Hər kompüterin və telefonun öz şəxsi kodu var. Əgər girib baxılsa, Nigeriya, Polşa və Hollandiyadan onlara baxıldığını görmək mümkündür.   

Mən şəxsən həm "Instagram”da, həm də "Facebook”da Madonnanı izləyirəm. Heç onda bu qədər baxış sayı və ya rəy  yoxdur. Madonnanı hamı tanıyır. Maraqlıdır, Biləcəridən o tərəfə keçməyən müğənni necə olur ki, yeddi milyon baxış sayı qazanır?”   

Nigar Camal isə 1500-2000 dollara "Instagram”da göy işarəni satın aldıqlarını qeyd edib:

"Hətta mənə də bu təklif edilmişdi. Amma qəbul etmədim. Mənə yalandan olan nələrsə lazım deyil. Ümumiyyətlə, bu kimə lazımdır?

Azərbaycandan "Instagram”da 3,5 milyon qeydiyyatdan keçən var. Amma bizim müğənnilərdə baxış sayı bu rəqəmi keçib. Sonra da onlara Türkiyə və Rusiyadan baxıldığını deyirlər. Amma deyilənlər yalandır. Məsələn, şəxsən mən Emin Ağalarovu izləyirəm. Onu Azərbaycandan başqa bütün Rusiya tanıyır”.(oxu.az)

 


OXŞAR XƏBƏRLƏR

“Virtual Qərbi Azərbaycan” platforması TƏQDİM EDİLDİ

Mayın 8-də Bakı Kitab Mərkəzində “Virtual Qərbi Azərbaycan” platformasının təqdimatı olub.   Sfera.az xəbər verir ki, təqdimatd...

Azərbaycan lideri bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ

Prezident İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radevi bu il Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfl...

Müəllim işləmək istəyənlərin DİQQƏTİNƏ! 

2024-2025-ci tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start ver...

Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr OLDU

Bakıda Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev və İsrail Xarici İşlər Nazirliyinin (XİN) siyasi direktoru Aliza Bin-Nun arasında görüş olub. &...

“Bolt” qiymətləri QALDIRDI - Şirkət TƏSDİQLƏDİ

“Bolt” taksi şirkəti sifarişlərin qiymətini 10% qaldırıb.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı məlumat sosial şəbə...

"Dollar dünya ticarətində dominant mövqeyini qoruyub saxlayıb" - BVF rəsmisi

Dünyadakı gərgin geosiyasi vəziyyətə görə iqtisadiyyat üç bloka bölünüb.    Sfera.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fond...