Vəzifəli şəxsə məxsus bahalı restoranda rəzalət:Yeməkdən qurd çıxdı+Video

Vəzifəli şəxsə məxsus bahalı restoranda rəzalət:Yeməkdən qurd çıxdı+Video
 

Lənkəran sakini restoranlardan birində nahar edərkən xoşagəlməz halla rastlaşıb. Yediyi yeməkdən qurd çıxması onu xəstəxanaya müraciət etməyə vadar edib.

Sfera.az Xəzərxəbər-ə istinadən məlumat verir ki, rayonun Havzava kənd sakini Elsevər Həsənov qardaşı və iş yoldaşı ilə birlikdə nahar etmək üçün restoranlardan birinə üz tutublar. Lakin sifariş verdikləri toyuğun içindən diri qurdların çıxdığını görüblər. Hətta toyuğun içindən çıxan qurdlardan birini telefonla da çəkiblər.

Müştəri bu barədə restoran əməkdaşlarına məlumat versə də hər hansı tutarlı cavab ala bilməyib. Səhhətlərində hər hansı bir narahatlıq olmasa da gördükləri mənzərədən iyrəndikləri üçün mədələrinin yuyulması üçün xəstəxanaya müraciət ediblər.


Məsələ ilə bağlı sözügedən restoranda olsaq da hər hansı bir açıqlama verən olmadı.

xalq.azı-ın araşdırmalarına görə, Lənkəran şəhərində ən bahalı sayılan Xan Lənkəran oteli və restoranı vəzifəli şəxsə məxsus olduğu iddia olunur. Şəhərin girişində yerləşən Xan Lənkəran otel həmçinin turistlər üçün uygun yer kimi dəyərləndirilir. Otel və restoranda milli ornamentlər və suvenirlərlə dizayn olunub bu da müştəriləri cəlb edilməsində böyük rol oynayır lakin müştəriləri yararsız qidaların verilməsi və gigeyinik qaydalara riayət olunmaması ölkə başçısı İlham Əliyevin sahibkarları yoxlalamaq və çalışmaları üçün şərait yaradılmasında sui istifadə kimi qiyətləndirilir. Qida Təhlükəsizlik Agentiyi isə bu hadisəyə rəy bildirməməsi bir daha subut edir ki, Xan Lənkəran oteli və restoranı vəzifəli şəxsə məxsusdur.



OXŞAR XƏBƏRLƏR

Olaf Şolts: "Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək"

Bakıda bu il iqlimlə bağlı yeni hədəflərin 2025-ci ildən sonra maliyyələşdirilməsi məsələləri müzakirə ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə...

Sabah 32 dərəcə isti OLACAQ

Bakıda və Abşeron yarımadasında aprelin 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a...

Zob xəstəliyinin ƏSAS ƏLAMƏTLƏRİ: Niyə daha çox qadınlarda rast gəlinir? 

Zob xəstəliyi qalxanabənzər vəzinin xəstəliyidir.   Sfera.az bildirir ki, bu barədə TƏBİB məlumat bölüşüb. Qeyd olunub ki, vəzin ifraz etdiyi hormonl...

KİV: "Blinken İsrailə səfər edəcək"

ABŞ dövlət katibi Entoni Blinken İsrailə səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə İsrail mediası xəbər yayıb.   Medianın x...

6 kənddə işıq OLMAYACAQ - XƏBƏRDARLIQ

Bu gün Masallı rayonunun 6 kəndində enerji verilişində fasilə yaranacaq.   Bu barədə Sfera.az-a “Azərişıq” ASC-dən məlumat veri...

Prezident: "Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır"

Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır. Burada hər hansı ayrı-seçkiliyə yol verilməməlidir.   Sfera....