Venesuelada etirazlar zamanı 5 nəfər həlak olub
10:49 / 07.05.2019
2413
Venesuelda keçirilən kütləvi etiraz aksiyaları zamanı 5 nəfər həlak olub. Bu barədə Venesuelanın baş prokuroru Tarek Uilyam Saab bildirib.
Onun sözlərinə görə, bundan əlavə ötən həftə ölkə müxalifətinin lideri Huan Quaidonun təşkil etdiyi etiraz aksiyasında 233 nəfər həbs edilib.
"Bütün bu hallar araşdırılır", - deyə Saab vurğulayıb.