Uzunun ağlı topuğunda deyilmiş: Hündürboylular daha ağıllı olurmuş

Uzunun ağlı topuğunda deyilmiş: Hündürboylular daha ağıllı olurmuş
 

Atalar həmişə haqlı olmur. "Uzunun ağlı topuğunda olar” demişdilər. İsveç qəzetində bunun əksinin iddia edən material verilib.

Sfera.az bizimyol.info-ya istinadən xəbər verir ki, "Svenska Dagbladet” hündürboylularun daha ağıllı olduğunu yazıb. Qəzet qısaboyluların çox yaşadığını, amma uzun adlandırdığımız adamların ağılda qısalardan geri qalmadığını iddia edir.

"Svenska Dagbladet” bir araşdırmanın nəticələrinə güvənərək bu iddianı irəli sürüb. Araşdırmada Piqmalion effektindən sohbət açılır. 1968-cı ildə psixoloq Robert Rozental maraqlı eksperiment keçirmişdi. O, San-Fransiskodakı məktəblərdən birində müəllimləri inandırmışdı ki, xüsusi psixoloji test keçirib və şagirdlərin 20 faizinin daha bacarıqlı olduğuna əminlik yaranıb. Tədris ilinin sonunda həmin şagirdlərin daha yüksək nəticə qazandığı ortaya çıxmışdı. Halbuki o şagirdlər digərlərindən heç nədə üstün deyil. Sadəcə, müəllimlər onlara dah çox güvənib və diqqət ayırıb. Uzunun ağlı məsələsi də bununla bağlıdır. Belə fikir formalaşıb ki, hündürboylular boyu qısa olanlardan ağıllı deyil. Həmin adamlar da bu deyimin təsirinə düşürlər, potensiallarını tam aça bilmirlər. Hərçənd, boyun verdiyi müəyyən üstünlüklər var və bu, hündür insanların yalnız xeyrinə işləyir.


OXŞAR XƏBƏRLƏR

"Dollar dünya ticarətində dominant mövqeyini qoruyub saxlayıb" - BVF rəsmisi

Dünyadakı gərgin geosiyasi vəziyyətə görə iqtisadiyyat üç bloka bölünüb.    Sfera.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fond...

Şəhid Ayaz Ağayev dəfn edildi - FOTOLAR

Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 il sonra dəfn olunduğu yer, kimliyi müəyyən edilən şəhid Ağayev Ayaz Həbulla oğlunun qalıqları İsmayıllıda dəfn e...

Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır

Yelo Bank-ın sevimli Yelo kart məhsulu təqdim etdiyi üstünlüklərlə diqqətləri öz üzərinə çəkməyə davam edir. Xərclərindən və kart balansından gəlir qazanmaq ist...

Özünü heyvan sümükləri ilə ölü göstərən Rafətlə bağlı DETALLAR: 6 ay sonra Bakıda... - FOTO

Sabirabadın Bulduq kəndi ərazisində maşında yanmış sümüklərinin tapıldığı deyilən, amma 6 ay sonra Bakıda sağ-salamat tutulan iş adamı Rafət Qəniyevin necə...

Zelenskiyə qarşı sui-qəsd cəhdinin DETALLARI: "Çətin ki..."

Ötən gün Ukrayna Təhlükəsizlik Xidməti Prezident Volodimir Zelenski, Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk, Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kiril Buda...

"Putin-Paşinyan görüşü hər iki tərəf üçün önəmlidir" - Peskov

"Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında mayın 8-də Moskvada keçiriləcək görüş hər iki tərəf üçün önəmlidir"...