UEFA Çempionlar Liqasının finalını İstanbuldan ala bilər

UEFA Çempionlar Liqasının finalını İstanbuldan ala bilər
 

Türkiyənin İstanbul şəhəri Çempionlar Liqasının final oyununa ev sahibliyi hüququnu itirə bilər.

Sfera.az xəbər verir ki,  UEFA qarşılaşmanın başqa şəhərə keçirilməsi məsələsinə baxacaq.

Bunu qurumun vitse-prezidenti Mişel Uva açıqlayıb. O bildirib ki, 2019/20 mövsümünün final oyununun yerinin dəyişdirilməsi ilə bağlı çağırışlar müzakirə olunacaq.

 

Türkiyənin Suriya YPG/PKK terrorçularına qarşı başladığı hərbi əməliyyatlardan sonra bəzi mütəxəssislər finalın İstanbulda keçirilməsinə qarşı çıxıblar. Türkiyə yığmasının futbolçularının seçmə mərhələnin son oyunları zamanı qol sevincini əsgər salamı ilə qeyd etməsi də narazıların sayını artırıb: "Biz məsələyə idmanın müstəqilliyi baxımından yanaşıb, öz səlahiyyətlərimiz çərçivəsində baxacağıq. Əlbəttə, biz BMT, Avropa Şurası və ya ABŞ, diplomat və siyasətçiləri əvəz edə bilmərik. UEFA-nın qərarı təşkilat rəhbərliyi və prezidentlə məsləhətləşmədən sonra qəbul olunacaq”.

Qeyd edək ki, Çempionlar Liqasının finalı 2020-ci il mayın 30-da Atatürk Olimpiya Stadionunda keçiriləcək.


OXŞAR XƏBƏRLƏR

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞLADI

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb....

Hindistanda PARLAMENT SEÇKİLƏRİ: Seçicilərə pulsuz yemək, taksi və...

Hindistanın Karnataka əyalətində seçicilərə pulsuz taksi, yemək və sağlamlıq fəaliyyəti göstəriləcək.   Sfera.az xəbər verir ki, Karnataka seçkilərd...

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...

Ukraynada nazir İSTEFA VERDİ

Ukraynanın Kənd Təsərrüfatı naziri Mikola Solski korrupsiya ittihamları fonunda istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber&...

Deputatdan maaş və pensiyaların artırılması ilə bağlı AÇIQLAMA: "Mayın 15-dən..." 

Bu ilin ilk rübündə dövlət büdcəsindən sosial müdafiə və sosial təminata proqnoz ilə müqayisədə 40 faiz daha çox vəsait ayrılıb.    Bunu Sfera.a...

Olaf Şolts: "Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək"

Bakıda bu il iqlimlə bağlı yeni hədəflərin 2025-ci ildən sonra maliyyələşdirilməsi məsələləri müzakirə ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə...