Türkiyədən Azərbaycanla bağlı şok iddia - Putinin hədəfindədir...

Türkiyədən Azərbaycanla bağlı şok iddia - Putinin hədəfindədir...
Bir sıra ekspertlərin fikrincə, Rusiyanın Suriyadan qoşunlarını geri çəkməsi böyük bir savaşın xəbərçisidir. "Qafqazinfo” xəbər verir ki, ABŞ senatoru Con Makkeyn də bu faktı "Ukraynaya qanlı bahar gəlir” şəklində şərh edib.
Prezident Ərdoğana yaxınlığı ilə bilinən Türkiyənin "Star” qəzetinə danışan Yaxın Şərq üzrə ekspert Prof. Dr. Əbubəkr Sofuoğlu isə daha da irəli gedərək son hadisələrin təkcə Ukraynada deyil, Qafqazda da yeni bir müharibənin "ayaq izləri” kimi dəyərləndirib.
Ekspertin sözlərinə görə, Rusiya Ukrayna və cənubundakı Azərbaycana qarşı müharibəyə başlamaq üçün Suriyadakı qoşunlarını geri çəkmiş ola bilər:
"Azərbaycan lideri niyə Türkiyəyə gəldi? Çünki telefonda müzakirə edilməyəcək mövzular var idi. Rusiya həm şərqdən, həm də cənubdan hücuma məruz qala bilər”.
Bundan başqa, Putinin əsas hədəfində Rusiyaya qarşı sanksiyaların əsas müdafiəçisi olan kansler Angela Merkelin olduğu bildirilir. Merkeli devirmək istəyən Putinin bunun üçün Avropadakı qaçqınlara qarşı olan faşist qruplardan istifadə etdiyi bildirilir:
"Suriya böhranı dövründə Rusiyaya qarşı olan Türkiyə və Fransada bombalar partladı, Sultanahmetdəki hücumda alman turistlər hədəf alındı. Türkiyə və Almaniya Sultanahmetdəki hücumu hansı ölkənin təşkil etdiyini bilir. ABŞ ehtimalını da unutmaq olmaz. ABŞ və Rusiya arasında yaxınlaşma var. Suriyanı paylaşdılar, lakin AB və Türkiyə onlarla eyni nöqtədə hərəkət etmir”.

OXŞAR XƏBƏRLƏR

Kofe içənlərin DİQQƏTİNƏ! - Sizi bu təhlükə GÖZLƏYİR

Çoxlu qəhvə istehlak edən insanlarda bu içki asılılıq yara bilər.   Sfera.az xəbər verir ki, bu nəticəyə “Journal of Caffeine Research&...

İlham Əliyev və Kansler Olaf Şoltsun Berlində geniş tərkibdə görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü baş...

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞA ÇATDI - YENİLƏNDİ 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub. ...

Məşhur aktrisa xəstəxanaya yerləşdirildi - FOTO

Türkiyənin məşhur aktrisası Tuvana Türkay xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə aktrisa özü paylaşım edib.   &l...

Hindistanda PARLAMENT SEÇKİLƏRİ: Seçicilərə pulsuz yemək, taksi və...

Hindistanın Karnataka əyalətində seçicilərə pulsuz taksi, yemək və sağlamlıq fəaliyyəti göstəriləcək.   Sfera.az xəbər verir ki, Karnataka seçkilərd...

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...