Türkiyə Ali Hərbi Şurasının toplantısı başladı

Türkiyə Ali Hərbi Şurasının toplantısı başladı
Türkiyə Ali Hərbi Şurasının toplantısı başlayıb. 
 
Sfera.az  "TRT Haber”ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ali Hərbi Şuranın avqustun 4-də keçirilən toplantısından əvvəl Anıt qəbiri ziyarət edib. 

Məlumata görə, Şuranın iclasında yaş məhdudiyyətinə əlavə olaraq hələ də gözləmə müddətini tamamlamayan Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Yaşar Gülərin ​​vəzifəsinə davam etməsi gözlənilir. Bildirilib ki, vəzifə müddəti və yaş həddini tamamlayan Quru Qoşunlarının komandanı general Ümit Dündarla bağlı vəziyyət qiymətləndiriləcək. Şuranın ötən il keçirilən toplantısında səlahiyyət müddəti bir il uzadılan Hərbi Hava Qüvvələrinin komandanı Hasan Küçükakyüz və Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Adnan Özballa bağlı da qərarın veriləcəyi gözlənilir.

Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi toplantıda vitse-pezident Fuat Oktay, milli müdafiə, ədliyyə, xarici işlər, daxili işlər, xəzinə və maliyyə, milli təhsil nazirləri, Baş Qərargahın rəisi və başqa komandanları iştirak edirlər.

OXŞAR XƏBƏRLƏR

“Qazprom” qiymətləri artırmaq istəyir, Ermənistan Bakıdan qaz ala bilərmi? - AÇIQLAMA

“Azərbaycan çox rahat şəkildə Ermənistanı qazla təmin edə bilər”.   Bunu Sfera.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. ...

Olaf Şolts: "Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır"

Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır. Son görüşdə hər ikiniz məni açıq olan sualların sülh yolu ilə həllini tapacağına əmin etdiniz.   Sfera...

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı KEÇİRİRLƏR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts aprelin 26-da Berlində mətbuat konfransı keçirirlər...

İlham Əliyev və Kansler Olaf Şoltsun Berlində geniş tərkibdə görüşü BAŞA ÇATDI - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü baş...

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndiyə GETDİLƏR

Azərbaycanda səfərdə olan türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gediblər.   Sfera.az AZƏRTAC-a is...

Kofe içənlərin DİQQƏTİNƏ! - Sizi bu təhlükə GÖZLƏYİR

Çoxlu qəhvə istehlak edən insanlarda bu içki asılılıq yara bilər.   Sfera.az xəbər verir ki, bu nəticəyə “Journal of Caffeine Research&...