“Türk dövlətləri Türküstan şəhərində bunu elan edəcək...” – Gözlər Qazaxıstana dikilib

“Türk dövlətləri Türküstan şəhərində bunu elan edəcək...” – Gözlər Qazaxıstana dikilib

"Türküstan Bəyannaməsi uzun müddətdir, imzalanması gözlənilən sənəddir. Məsələ ondadır ki, türk dövlətləri illərdir, müxtəlif sahədə əməkdaşlıq edir. Bu gün əməkdaşlığın daha da genişlənməsinə, eyni zamanda siyasi və hərbi sahədə artırılmasına ehtiyac var”.


Bu sözləri Sfera.az-a açıqlamasında politoloq Qabil Hüseynli bu həftə Qazaxıstanın Türküstan şəhərində keçiriləcək TürkPA-nın 10-cu plenar sessiyasında imzalanacaq Türküstan Bəyannaməsi haqda danışarkən deyib.


Onun sözlərinə görə, dünya türk dövlətlərinin bir təşkilatda birləşməsindən hər zaman ehtiyat edib, bu gün də etməkdədir:


"Lakin bu gec-tez baş verəcək. Türkiyə və Azərbaycanın bu məsələdə xidmətləri misilsizdir. Türkiyə uzun illər Avropa İttifaqına üzv olmaq üçün çalışsa da bu istəyinə nail ola bilmədi. Məhz buna görə bu gün rəsmi Ankara özü Avropa İttifaqının bənzəri olan türk dövlətlərindən ibarət təşkilatın yaradılmasına çalışır. Mahiyyət etibarilə belə bir təşkilatın yaranması təkcə Türkiyəyə deyil, digər türk dövlətlərinə də sərf edir. Bu mənada düşünürəm ki, imzalanacaq Türküstan bəyanatı iqtisadi, gömrük, sənaye, viza və s. məsələləri əhatə edəcək".


Politoloqun sözlərinə görə, Türküstan bəyanatı türk ölkələrinin vahid ordu, müdafiə sənayesi və s. hərbi məsələlərlə bağlı müqavilələrin ilkin sənədi sayıla bilər:


"Türk NATO-su ideyası uzun illərdir ki, türk ölkələrinin gündəliyindədir. Belə bir hərbi alyansa həqiqətən də ehtiyac var. Bunu təkcə biz yox, Mərkəzi Asiyanın türk ölkələri də etiraf edir. Bu mənada Türküstan bəyanatı hərbi məsələləri özündə ehtiva etməsə də, bu sahədə gələcəkdə atılacaq addımlar üçün baza ola bilər. Yəni bu məsələ bəyanatın alt maddələrindən biri kimi qeyd edilə bilər”.

 

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

6 kənddə işıq OLMAYACAQ - XƏBƏRDARLIQ

Bu gün Masallı rayonunun 6 kəndində enerji verilişində fasilə yaranacaq.   Bu barədə Sfera.az-a “Azərişıq” ASC-dən məlumat veri...

Prezident: "Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır"

Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır. Burada hər hansı ayrı-seçkiliyə yol verilməməlidir.   Sfera....

Türk Dövlətləri parlamentlərinin Beynəlxalq Münasibət Komitələrinin birgə iclası keçirilib – FOTOLAR

Bu gün Milli Məclisdə Türk Dövlətləri parlamentlərinin Beynəlxalq Münasibət Komitələrinin birgə iclası keçirilib.   Sfera.az xəbər verir ki, iclası g...

İlham Əliyev: "Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir"

Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir. Biz, sadəcə, bu sərmayələr üçün müvafiq münbit iqlim yaradırıq.   S...

“İsrail birinci mərhələdə 20 girovu azad etməyə hazırdır” - “The Times of Israel”

“İsrail razılaşmanın birinci mərhələsində 20 girovu azad etməyə hazırdır”.   Sfera.az xəbər verir ki, bu barədə “The Times of Israe...

Prezident: "Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi"

Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi.   Sfera.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ap...