\"Tural mənə pornofilmlər göstərirdi ki, bax, səni...\" - Yaşlı qadından DƏHŞƏTDOLU ETİRAF

\
Bəzən tale sərt üzünü yalnız qadınlara göstərir. Bəziləri buna qatlanmağa məcbur olur, bəziləri isə dözə bilməyəndə  çıxış yolu kimi evdən qaçmağı görür. Ailə daxili münaqişələr zəminində daha çox qadınlar şiddətə məruz qalır. Onları heç dinləmək lazım da deyil, nə yaşadıqlarını anlamaq üçün gözlərinə baxmaq kifayət edir. Pənah gətirdikləri yer isə çox vaxt "Təmiz dünya" Qadınlara Yardım İctimai Birliyi olur. 

Beləcə, yenidən sığınacağa getməyə qərar verdik. Bu dəfə orada ab-hava tam başqa cür idi, daha doğrusu tam fərqli idi. Hər kəsin başı bir işə qarışmışdı. Böyükdən-kiçiyə hamısı həyətdə gəzib dolaşırdı. Sığınacağın dəhlizində balaca uşaqla başını qatan yaşlı bir qadın diqqətimi çəkdi. O, sığınacağın ən yaşlı üzvüdür. Yaxınlaşıb salamlaşdım, bir qədər dərdləşdikdən sonra başına gələnləri daha da ətraflı danışmağını xahiş etdim. Və beləcə söhbətimiz baş tutdu...
 


Sfera.az 70 yaşlı Bahar nənənin başına gələn, yaşadığı acılı-şirinli və keçdiyi keşməkeşli ömür yolunu sizə təqdim edir:

- Ay Bahar nənə, bayaqdan başına gələnləri danışdın. Bəlkə ətraflı danışasan...
-  A qızım, mən qaçqınam. O vaxt hamımız yığışıb Bakıya gəldik. Pulumuz çatmadı ev almağa, bir müddət kirayə qaldıq. Ərim işləmək üçün Rusiyaya getdi ki, bir az pul yığıb gəlsin ev alaq. O gedəndən sonra üç qızımla bir damın altında başsız qaldım. Həm  də pulun üstünü düzəltmək üçün işləməyə başladım. Həm evi dolandırdım, həm də qəpik-qəpik pul yığdım. Ərimdən də   bir xəbər çıxmadı. Elə o vaxtdan itkin düşəndi hələ də tapılmayıb. Beş ildən sonra nəhayət pulumu düzəldib Günəşlidə bina evində iki otaqlı ev aldım. Pis-yaxşı, bir qarın ac, bir qarın tox,  tək başına  heç bir əziyyət vermədən qızlarımı birtəhər böyütdüm. Sonra bir-bir üçünü də ərə verdim. özü də inan Allaha, üçünə də elə cehiz verdim ki, bəlkə də heç atalı qızlara elə cehiz vermirlər. Nəsə, ortancıl qızımın əri yaxşı çıxmadı. Narkomanlığa qurşanıbmış. Hər gün də qızıma zülm edirmiş. Həftə səkkiz, mən doqquz qızım balalarını da götürüb bizə gəlirdi. Mən də tək qalırdım. Çox vaxt kiçik qızım Əfsanənin uşaqları gəlib qalırdı. Artıq bezdim, qızımı ondan boşatdırdım. Ayrılanda da qızıma Allahın çöpünü də vermədi. Qızımı qoymadım işləməyə, dedim, "sən evdən ol, mən çöldən. Balalarını saxla. Mən işləyib sizi saxlayacam". Ortancıl qızım da mənim yanıma gələndən sonra Əfsanə mənimlə düşmən oldu. Elə bildi ki, evi bunlara verdim, onlara heç nə qalmadı. Balalarıns öyrədib göndərirdi, uşaqlarla yola getməyib dava salırdılar. Ya da özü gəlir,   dava salıb bacısıyla dalaşırdı, mən də qızın üstündə duranda, basıb məni döyürdü. 

- Səni döyürdü?
- Hə, döyürdü (doluxsunur). Hələ bu harasıdır, Əfsanənin başıma açmadığı oyunlar qalmadı. Nə danışıb başını ağradım, 26 il o evdə yaşadıq,ancaq Əfsanənin zülümündən günümüz-rüzgarımız yox idi. O gün olmasın ki, ya evə zəng edib söz-söhbət eləməsin, ya da gəlib dava-dalaş salmasın. Axırı da xəbərim olunca bacımla birləşib məndən xəbərsiz evi 68 min manata satdı. Ortancıl qızımın başını bişirib pulun 18 min manatın ona, 50 min manatı da qatdalayıb cibinə qoyub. Ortancıl qız da həmin pula Zabratda toyuq hini boyda   ev alıb ora yığışdı.  Məni də küçələrə saldılar. Heç qanadımın altına aldığım qızım da mənə yiyə durmadı. Heç birisi... Bu yaşımda küçələrə saldılar məni. O ev mənim əziyyətimin bəhrəsi idi (ağlayır).

- Böyük qızının necə, baş verənlərdən xəbəri var idi?
- Yox, özüm getdim onlara baş verənləri danışdım. Əri qoymadı onlarda qalım. Qızım ərinə çox yalvarsa da,  razı olmadı,   dedi ki, "ya biz, ya anan. Evi satanda bizə məsləhət etməyiblər ki, biz də də qalsın". Qızımın ailəsi dağılmasın deyə səssiz-səmirsiz çıxdım ordan. Bir də o tərəflərə getmədim. Amma bu qızım o birilərinə nisbətən insaflıdır.  
 


Kövrəlir və deyinə-deyinə söhbətə davam edir...
- İl yarımdır küçələrdə qaldım, evdən çıxardanda   əynimin paltarlarını da vermədilər. Bir lələ, bir şələ çıxartdılar. Tanımadığım adamlar mənə yiyə durdu. Aldığım pensiya ilə birtəhər başımı saxladım. Ehhh... o qədər qışın çovğununda baş açıq, ayaq yalın qarın üstündə uzanıb günlərimi yola vermişəm ki. Çörək almağa pulum olmayıb, zibilxanaları eşib quru çörəkləri yığıb yemişəm, yol qıraqlarında əl açıb dilənçilik etmişəm. O qədər ağır günlərim olub ki, bilmirəm hansını danışım. Görün, bu yaşda ağbirçək ananı nə hallara salıblar (kövrəlir). Axırı şəxsiyyət vəsiqəmi küçələrdə itirdim, pensiya kartımın da vaxtı çıxdı, qaldım çıxılmaz vəziyyətdə. Hara gedim, kimə üz tutum, başıma nə çarə qılım, bilmədim neynəyim. Məcbur qalıb Zabrata gedib, qızımın evini tapdım. Nə qədər qapılarını döydüm açan olmadı. Yəqin evdə yox imişlər. Pulum da yox, neçə gün Zabratın küçələrində ac-susuz qaldım. Yolun kənarında halım pisləşər, yıxılaram. Yoldan keçən cavan bir oğlan məni görər, tez təcili yardım çağırar. Bir az özümə gələndən sonra, başıma gələnləri buna danışdım. O da məni telekanalların birinə apardı, ordan da bura göndərdilər. İndi də gördüyün kimi burdayam.

- Qızların bilir burdasan?
- Yox, bilmirlər. Bir dəfə Əfsanəgilə getdim ki, heç olmasa mənə ya pul versin, ya da qapısında bir kravatın yerini. Elə getməyimi gördüm. Başıma bir oyun açdılar ki, qəbr evinə qədər yanıb-yanıb yaxılacam (doluxsunur).

- Nə oyunu?
- Danışsam bəlkə də inanmarsan, düşünərsən ki, nənənin başına hava gəlib bunları danışır. Amma bir olan Allah şahiddir ki, birini də oyan-buyan demirəm. Dediklərimin hamısı həqiqətdir. Nəsə, uzun sözün qısası, qızım məni görcək, bildi də niyə getdiyimi. Əvvəlcə şirin dilinə salıb məni evə saldılar. Evə girən kimi də balaları ilə birləşib üst-başımı cırdılar. Sonra da əl-ayağımı ciyə ilə kravata bağladılar. Üç, dörd gün məni ac saxlayib, etmədikləri zülmlər qalmadı. Görüm, Turalı (Tural Əfsanənin oğludur-red.) qan içinə vursun, tikə-tikə olsun. Əlimin içində böyütdüyüm nəvə mənə elə hərəkətlər etdi ki, danışsam dəhşətə gələrsən.
 
 
Sözünü bitirib bir qədər susur. Hiss olunur ki, davamını danışmağa utanır. Gözləri yaş içində oynayır, əlləri əsir. Mənsə danışmağı üçün onu sakitləşdirirəm.

- Danış, utanma...
- Günah Turalda deyil, əclaflıq mənim öz balamdadır. Qızım o şəraiti yaratmasaydı, oğlu nə karə idi ki, mənim başıma o əməlləri aça. Məni yandırıb töküblər. (Əlin sinəsinə vurur) Bu sinəm dərddən yanır. Heç kimə açıb dərdimi deyə bilmirəm. (Hikkə ilə) Nəvə də ağbirçək nənəsini soyundurub, üstünə buz kimi su töküb, zəncirlə döyər? 

Sözünü bitirməmiş hönkürtü ilə ağlayır:
- Mənimlə düşmən kimi davrandılar.  Üç gün, üç gecə mənə toy-bayram tutdular. Bir anlıq da olsun nə yadımdan çıxır, nə də gözümün önündən keçir. Təsəvvür elə ki, başımı kravata söykəyib mürgüləyirdim, üstümə bum-buz su töküb diksindirirdilər. Allahın bir qurtum suyunu vermirdilər. Dilim, dodağım təpiyirdi. Oğlu məni döydükcə telefonda əxlaqsız videolar göstərib deyirdi ki, "bax, bizdən əlçəkməsən səni bu hala salaram".  Ürəyi soyumayıb murdarladı da (doluxsunur). Qızım da ölmüş oğlunun mənə qarşı etdiklərinə baxıb öz doğma anasından həzz alırdı. Sanki, ögey anaydım, əziyyətlə böyütməmişdim bunu. Evim də əlimdən getdi, abır-həyam da. Bundan da böyük dərd var? 
 


- Ordan necə qurtula bildin?
- Üçüncü gecə vəziyyətim ağırlaşdı. Adam nə qədər ac-susuz döyülər. Elə bilərlər ki, ölmüşəm. Ana-bala məni sürüyüb küçəyə atarlar. İki gündən sonra özümə gəldim. Və gördüm ki, dar küçədə yerə yıxılmışam. Üzüm, bədənim göm-göy, üst-başım cırıq-cırıq.

- Polisə şikayət etdin?
- Hər yerə şikayət etmişəm. Hələ heç bir cavab gəlməyib. Burda da qalmağa utanıram. Mənə köməklik etsinlər ondan pulumu alım. Ya bir otaqlı ev alsınlar, ya da məni "Qocalar evinə" yerləşdirib pulumu da ora versinlər. Nə deyim, a qızım, ara da oturub fikirləşirəm ki, mən harda səhv buraxdım, həyatın bu qədər dibinə yuvarlandım? 

Qadının halı daha da pisləşir. Ətrafın aurası olduqca ağır idi. Mənsə onun danışdıqlarının təsirində idim...

Gülnarə Eynullaqızı
Sfera.az



OXŞAR XƏBƏRLƏR

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞA ÇATDI - YENİLƏNDİ 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub. ...

Məşhur aktrisa xəstəxanaya yerləşdirildi - FOTO

Türkiyənin məşhur aktrisası Tuvana Türkay xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə aktrisa özü paylaşım edib.   &l...

Hindistanda PARLAMENT SEÇKİLƏRİ: Seçicilərə pulsuz yemək, taksi və...

Hindistanın Karnataka əyalətində seçicilərə pulsuz taksi, yemək və sağlamlıq fəaliyyəti göstəriləcək.   Sfera.az xəbər verir ki, Karnataka seçkilərd...

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...

Ukraynada nazir İSTEFA VERDİ

Ukraynanın Kənd Təsərrüfatı naziri Mikola Solski korrupsiya ittihamları fonunda istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber&...

Deputatdan maaş və pensiyaların artırılması ilə bağlı AÇIQLAMA: "Mayın 15-dən..." 

Bu ilin ilk rübündə dövlət büdcəsindən sosial müdafiə və sosial təminata proqnoz ilə müqayisədə 40 faiz daha çox vəsait ayrılıb.    Bunu Sfera.a...