Tokay Məmmədov dəfn olundu

Tokay Məmmədov dəfn olundu
Xalq rəssamı, heykəltəraş Tokay Məmmədov II Fəxri xiyabanda dəfn olunub.

APA-nın məlumatına görə, Təzə Pir məscidində keçirilən vida mərasimində mədəniyyət naziri Əbülfəs Qarayev, təhsil naziri Ceyhun Bayramov, Azərbaycan Respublikası Prezidenti Katibliyinİn rəisi Dilarə Seyidzadə, mədəniyyət və incəsənət xadimləri, mərhumun ailə üzvləri iştirak edib.

Nazir Əbülfəs Qarayev Tokay Məmmədovu görkəmli heykəltəraş və pedaqoq kimi dəyərləndirib: "Tokay Məmmədovun yaratdığı heykəllər Azərbaycan heykəltəraşlıq sənətinin çox uğurlu nümunələridir. Tokay Məmmədov təhsilini Bakıda və Rusiyada alıb, böyük müəllimlərdən sənətin sirlərini öyrənib. Uzun illər Azərbaycanda rəssamlıq məktəbinin formalaşmağında əziyyət çəkib. O, hər zaman gənc nəsillərlə təmasda olub, onlara dərs deyib. Tokay müəllimin yaradıcılığı dövlətimizin hər zaman diqqətində olub. Allah ona rəhmət etsin".

 

Xalq rəssamları Ömər Eldarov, Ağaəli İbrahimov, millət vəkili Rafael Hüseynov, Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev Tokay Məmmədovla bağlı xatirələrini danışıb, onu insan və sənətkar kimi yüksək qiymətləndiriblər.

 

Sənətkarın oğlu Cahangir Məmmədov Tokay Məmmədovun xatirəsinə olan hörmət və ehtiram hissinə görə ailəsi adından Azərbaycan prezidentinə və vida mərasiminə toplaşanlara təşəkkürünü bildirib.
 ***
13:13
 
Təzə Pir məscidində xalq rəssamı, görkəmli heykəltəraş Tokay Məmmədovla vida mərasimi başlayıb. 


Sfera.az bildirir ki, vida mərasimində mədəniyyət və ictimaiyyət xadimləri, ictimaiyyət nümayəndələri, mərhumun yaxınları iştirak edir.

Saat 12:00-dan 14:00-dək davam edəcək vida görüşündən sonra görkəmli sənətkarın cənazəsi torpağa tapşırılmaq üçün II Fəxri Xiyabana aparılacaq.

Tokay Məmmədov mayın 2-də 91 yaşında müalicə aldığı xəstəxanada vəfat edib.

O, bir çox heykəllərin və qəbirüstü abidələrin, o cümlədən, Nəsimi, Məhəmməd Füzuli, Məşədi Əzizbəyov, Üzeyir Hacıbəyov, Koroğlu və başqa tarixi şəxsiyyətlərin heykəllərinin müəllifidir.(APA)


OXŞAR XƏBƏRLƏR

6 kənddə işıq OLMAYACAQ - XƏBƏRDARLIQ

Bu gün Masallı rayonunun 6 kəndində enerji verilişində fasilə yaranacaq.   Bu barədə Sfera.az-a “Azərişıq” ASC-dən məlumat veri...

Prezident: "Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır"

Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır. Burada hər hansı ayrı-seçkiliyə yol verilməməlidir.   Sfera....

Türk Dövlətləri parlamentlərinin Beynəlxalq Münasibət Komitələrinin birgə iclası keçirilib – FOTOLAR

Bu gün Milli Məclisdə Türk Dövlətləri parlamentlərinin Beynəlxalq Münasibət Komitələrinin birgə iclası keçirilib.   Sfera.az xəbər verir ki, iclası g...

İlham Əliyev: "Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir"

Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir. Biz, sadəcə, bu sərmayələr üçün müvafiq münbit iqlim yaradırıq.   S...

“İsrail birinci mərhələdə 20 girovu azad etməyə hazırdır” - “The Times of Israel”

“İsrail razılaşmanın birinci mərhələsində 20 girovu azad etməyə hazırdır”.   Sfera.az xəbər verir ki, bu barədə “The Times of Israe...

Prezident: "Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi"

Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi.   Sfera.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ap...