Təhsil Nazirliyi Baş Prokurorluğa müraciət edib

Təhsil Nazirliyi Baş Prokurorluğa müraciət edib
"Son günlər kütləvi informasiya vasitələrində təhsil işçilərinin şərəf və ləyaqətinin alçaldılmasını əks etdirən müxtəlif materiallar yayımlanır”.
Təhsil Nazirliyi mətbuat xidmətindən ONA-ya bildirilib ki, 22 may 2019-cu il tarixində bəzi xəbər saytlarında Cəlilabad rayonu Uzuntəpə kənd 3 nömrəli tam orta məktəbin müəllimi Aqil Əzizovun guya yeniyetmə şagirdə sataşdığı üçün döyülməsini əks etdirən səsli video görüntü yayımlanıb. 
Yayılan video-görüntüdə insanın şərəf və ləyaqətini açıq-aydan alçaldan hərəkətlər nümayiş etdirilir, müəllim yarıçılpaq vəziyyətdə göstərilərək onun barəsində etikaya zidd olan kobud ifadələr səsləndirilir, bir neçə nəfərin qrup şəklində müəllim üzərində zorakılıq hərəkətləri təsvir edilir. 
"Həmin gün Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumata əsasən, hadisə ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, aparılmış araşdırma zamanı müəllim tərəfindən yeniyetmə şagirdə sataşmaq məsələsi öz təsdiqini tapmamış, hadisəni törətməkdə təqsirli bilinən Şakir Abdullayev barəsində həbs qətimkan tədbiri seçilmiş, digər iştirakçıların məsuliyyət məsələsinə baxıldığı bildirilmişdir.
Məlum olduğu kimi, "Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən zorakılığı, qəddarlığı və dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr yaymaq və böhtan atmaq qəti qadağandır. Belə ki, yuxarıda adı çəkilmiş bəzi xəbər saytları əsassız olaraq təcavüzə məruz qalmış müəllim barəsində yoxlanılmamış məlumatları kütləvi şəkildə və təxribat yönümlü başlıqlarla vermiş ("Azərbaycanda BİABIRÇILIQ”, "Azərbaycanda müəllim əxlaqsızlığa görə vəhşicəsinə döyüldü”), zorakılıq və qəddarlığı təsvir edən, etikaya zidd olan ifadələrdən istifadə edilən səsli video görüntüləri açıq və kütləvi şəkildə öz internet səhifələri və sosial media üzərindən yaymışdır. Məlumatın bu cür təqdim edilməsinin məntiqi nəticəsi olaraq bəzi sosial media izləyiciləri bu görüntülərə və müəllimə qarşı zorakılığa haqq qazandırmış, bu kimi hallarda yerində mühakimənin aparılmasını təqdirəlayiq hal kimi bəyənmişdilər.
Bununla əlaqədar yuxarıda qeyd edilən faktlara hüquqi qiymətin verilməsi və qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi məqsədilə müvafiq materiallar AR Baş Prokurorluğuna və Mətbuat Şurasına göndərilmişdir”.

OXŞAR XƏBƏRLƏR

Bakıda 21 yaşlı model faciəvi şəkildə ÖLDÜ - FOTO

Bakıda gənc qız dəm qazından boğulub.   Sfera.az xəbər verir ki, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsəno...

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində ÇIXIŞ EDİR - YENİLƏNDİ - 2 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində keçirilən XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edir. &...

Rusiyanın “GÖZÜ DÖNÜB”: “Ukrayna üçün çətin dövr başlayır” 

“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək”.   Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatın...

Blinken çinli həmkarı ilə Ukraynanı müzakirə edəcək

ABŞ-nin dövlət katibi Antoni Blinken Pekində çinli həmkarı Van İ ilə görüşüb.   Sfrera.az-ın “Reuters“ə istinadən xəbərinə görə, bağlı qa...

Leysan nəticəsində həbsxanadan 118 məhbus QAÇDI

Nigeriyanın paytaxtı Suleja yaxınlığında leysan yağışlar nəticəsində həbsxanadan 118 məhbus qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv H...

Bakıda qadın buna görə mağazadan QOVULDU - VİDEO

Bakıda mağazalardan birində qəribə hadisə yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbələlərdə yayılıb.   Belə ki, ...