“Tağıyevin evi deyil...” - Sökülən bina ilə bağlı açıqlama

“Tağıyevin evi deyil...” - Sökülən bina ilə bağlı açıqlama
Azərbaycan İqtisad Universitet (UNEC) mediada tarixi abidə kimi təqdim olunan 3-cü korpusun yerləşdiyi bina ilə bağlı məlumat yayıb.

Sfera.az daxil olan açıqlamada bildirilir ki, UNEC-in Bakı şəhəri Murtuza Muxtarov küçəsi 194 ünvanında yerləşən  tədris korpusunun yenidən inşası nəzərdə tutulur. Sözügedən bina daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilməyib:

"Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 18 iyul 2017-ci il tarixli məktubunda tədris korpusu və koməkçi binaların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə təsdiqlənmiş "Dünya və yerli əhəmiyyətli tarix və mədəniyyət abidələri” siyahısına daxil edilmədiyi bildirilir. Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin 18 iyul 2017-ci il tarixli məktubunda isə mütəxəssislərin binaya yerində baxış keçirərək, qeyd olunan binanın dövlət qeydiyyatına götürülən və yeni aşkar olunmuş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilmədiyinin müəyyənləşdirildiyi qeyd olunub.

Həmin sənədlərə əsasən UNEC-də tədris binasının yenidən inşası barədə qərar qəbul edilib və hal-hazırda iş söküntü, bərpa və layihələndirmə mərhələsindədir. Baxmayaraq ki, sözügedən tikili tarixi abidə sayılmır və rəsmi sənədlər də bunu sübut edir, UNEC müasir standartlara cavab verən yeni tədris binasını məhz köhnə tikilinin fasadının bərkitmə işləri apararaq saxlanılması şərti ilə inşa edəcək. Bunu təqdim etdiyimiz binanın köhnə fotoşəkilləri və yeni layihənin görüntüləri də sübut edir".

Məlumatda həmçinin qeyd olunur ki, XIX əsrə aid olduğu və Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi iddia edilən bina 1932-1934-cü illərdə inşa olunub: "Uzun illər ərzində isə binada dəfələrlə tikinti işləri aparılaraq, müxtəlif dəyişikliklər edilib, köməkçi binalar tikilib".


OXŞAR XƏBƏRLƏR

Məşhur aktrisa xəstəxanaya yerləşdirildi - FOTO

Türkiyənin məşhur aktrisası Tuvana Türkay xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə aktrisa özü paylaşım edib.   &l...

Hindistanda PARLAMENT SEÇKİLƏRİ: Seçicilərə pulsuz yemək, taksi və...

Hindistanın Karnataka əyalətində seçicilərə pulsuz taksi, yemək və sağlamlıq fəaliyyəti göstəriləcək.   Sfera.az xəbər verir ki, Karnataka seçkilərd...

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...

Ukraynada nazir İSTEFA VERDİ

Ukraynanın Kənd Təsərrüfatı naziri Mikola Solski korrupsiya ittihamları fonunda istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber&...

Deputatdan maaş və pensiyaların artırılması ilə bağlı AÇIQLAMA: "Mayın 15-dən..." 

Bu ilin ilk rübündə dövlət büdcəsindən sosial müdafiə və sosial təminata proqnoz ilə müqayisədə 40 faiz daha çox vəsait ayrılıb.    Bunu Sfera.a...

Olaf Şolts: "Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək"

Bakıda bu il iqlimlə bağlı yeni hədəflərin 2025-ci ildən sonra maliyyələşdirilməsi məsələləri müzakirə ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə...