“Stimul Hospital” Fonda 20 min manat köçürdü, virusla mübarizə üçün xüsusi kabinetlər yaratdı

“Stimul Hospital” Fonda 20 min manat köçürdü, virusla mübarizə üçün xüsusi kabinetlər yaratdı
 

Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "Stimul Hospital” tibb mərkəzi də Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırıb. Klinika, fondun hesabına 20 min manat vəsait  köçürüb. Bundan əlavə, xəstəxanada koronavirusla mübariz məqsədilə xüsusi kabinetlər yaradılıb, həm tibb işiləri, həm də klinikaya müraciət edən xəstələr arasında təbliğat kampaniyasına başlanılıb. 

Klinikada görülən işlərlə bağlı virtualaz.org-a müəssisənin baş həkimi Elçin Əliyev məlumat verib. O bildirib ki, Azərbaycanda koronavirusa yoluxma halının qeydə alındığı ilk gündən tədbirlərə başlanılıb. "Klnikanın qəbul şöbəsindən kənarda xüsusi kabinet təşkil olunub. Hərarəti yüksək olan, yaxud koronavirusun digər əlamətləri müşahidə edilən xəstələr dərhal həmin kabinetdə müayinə edilərək dövlət xəstəxanasına yönləndiriləcək.  Həmçinin klinikamızın həkim-reanimatoloqu tərəfindən xüsusi bokslar yaradılıb. Özəl klinikaların da mübarizə tədbirlərinə cəlb edəcəyinə qərar verilərsə, bizim klinika hazırdır”, -baş həkim belə deyib.  
Klinikada qastroenterologiya, kardiologiya, nevropatologiya, otolarinqologiya, ortopediya, endikrinologiya, urologiya kabinetləri fəaliyyət göstərir, cərrahiyyə bloku, poliklinika şöbəsi, təcili yardım otağı, 18 palata var.  Klinikanın laboratoriyasında isə tam qapalı, avtomatlaşdırılmış aparatlar quraşdırılıb.
Baş həkimin sözlərinə görə, klinikada süni tənəffüs aparatı da mövcuddur, ayrıca tibb işçiləri üçün xüsusi qoruyucu geyimlər alınıb. Üstəlik, təkcə klinikaya gələn xəstələrin deyil, həkimlərin də hərarəti hər gün  ölçülür, vəziyyətləri nəzarətdə saxlanılır: "Həkimlər təlimlərə cəlb edilir. Çünki bu virus yenidir, tibb işçiləri ilk növbədə özlərini qorumalıdırlar ki, xəstələri vəziyyətdən çıxara bilsinlər. Ayrıca gündə bir neçə dəfə klinika dezinfeksiya edilir, qəbul şöbəsində növbə zamanı məsafə qaydaları qorunur”. 
Baş həkim əlavə edib ki, koronavirusla mübarizə aparmaq üçün hamı bir nəfər kimi Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi qaydalara riayyət etməlidir. Bununla həm özlərini, həm risk altında olan həkimlərin işlərini az da olsa yüngülləşdirə bilərlər. 

OXŞAR XƏBƏRLƏR