\"Arşın mal alan\"ın məşhur aktyoru VƏFAT ETDİ - FOTO

\
Azərbaycan Respublikasının əməkdar Artisti Mərdan Feyzullayev vəfat edib.

Kulis.az-ın rejissorun dostu, aktyor Şirzad Pirallahidən aldığı xəbərə görə, Mərdan Feyzullayev dünən 59 yaşında Moskva şəhərində vəfat edib. Pirallahinin sözlərinə görə, Mərdan Feyzullayev xəstə deyilmiş, Moskvanın baş rejissor işlədiyi "Jar Ptitsa" teatrından məşqdən çıxıb evə gedib və axşam qəfil halı pisləşib.

Bu gün saat 12-də işlədiyi teatrda Mərdan Feyzullayevlə vida mərasimi keçiriləcək. Daha sonra rejissorun cənazəsi Azərbaycana gətiriləcək.

Mərdan Əhmədiyyə oğlu Feyzullayev 3 fevral 1959-cu ildə Şəkinin Kiş kəndində anadan olub.

1973-cü ildən məktəbin dram dərnəyində həvəskar aktyor kimi çıxışlar edib. Kənd orta məktəbini bitirərək Şəki Dövlət Dram Teatrının yardımçı heyətində aktyor kimi çalışıb. 1977 – 1979-cu illərdə hərbi xidmətdə olmuş, 1979 – 1983-cü illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil almış və təyinatla Şəki teatrına göndərilib. 1984 – 1989-cu illərdə B.V.Şukin adına Moskva Ali Teatr Məktəbinin rejissorluq fakültəsində təhsil alıb.

 
Mərdan Feyzullayev 1989 – 1994-cü illərdə Şəki teatrının baş rejissoru işləmişdir. Şəki Dövlət Dram Teatrında 30-dan artıq tamaşaya quruluş vermiş Mərdan Feyzullayev son dəfə 2016-cı ildə S.Vurğunun "Vaqif" pyesini tamaşaya qoyub.

2011-ci il iyul ayının 4-də Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı ilə təltif olunmuşdur.

Mərdan Feyzullayev 1994-cü ildən Moskvada yaşayıb, Moskva Komediya Teatrında, R.Simonov adına Moskva Dram Teatrında və "Səməndər quşu" Kukla Teatrında rejissor işləmişdir. 2009-cu ildə işlədiyi teatrın nəzdində "Dərviş" Azərbaycan teatrı açmış və bu teatrda Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri", Elçinin "Şekspir", Üzeyir bəy Hacıbəylinin "Arşın mal alan", Bəxtiyar Vahabzadənin "Gülüstan" (monotamaşa), "Leyli və Məcnun" (Nizami Gəncəvinin və Məhəmməd Füzulinin eyniadlı poemaları əsasında) əsərlərini tamaşaya hazırlamış, həmçinin bu tamaşaları Rusiyanın vilayətlərində də tamaşaçılara təqdim edib.

Mərdan Feyzullayev 2010-cu ildə Rusiya Federasiyasının "Vətən qarşısında xidmətlərinə görə" medalına layiq görülüb.

SON DƏQİQƏ!


OXŞAR XƏBƏRLƏR

“Qazprom” qiymətləri artırmaq istəyir, Ermənistan Bakıdan qaz ala bilərmi? - AÇIQLAMA

“Azərbaycan çox rahat şəkildə Ermənistanı qazla təmin edə bilər”.   Bunu Sfera.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. ...

Olaf Şolts: "Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır"

Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır. Son görüşdə hər ikiniz məni açıq olan sualların sülh yolu ilə həllini tapacağına əmin etdiniz.   Sfera...

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı KEÇİRİRLƏR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts aprelin 26-da Berlində mətbuat konfransı keçirirlər...

İlham Əliyev və Kansler Olaf Şoltsun Berlində geniş tərkibdə görüşü BAŞA ÇATDI - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü baş...

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndiyə GETDİLƏR

Azərbaycanda səfərdə olan türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gediblər.   Sfera.az AZƏRTAC-a is...

Kofe içənlərin DİQQƏTİNƏ! - Sizi bu təhlükə GÖZLƏYİR

Çoxlu qəhvə istehlak edən insanlarda bu içki asılılıq yara bilər.   Sfera.az xəbər verir ki, bu nəticəyə “Journal of Caffeine Research&...