Siqaret tüstüsündən əziyyət çəkənlərə şad xəbər

Siqaret tüstüsündən əziyyət çəkənlərə şad xəbər
Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul olunan "Tütün istehlakının məhdudlaşdırılması haqqında" Qanun bu ilin sonunadək qüvvəyə minəcək.

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, Milli Məclisin deputatı Musa Quliyev 2-ci oxunuşda qəbul edilən "Tütün istehlakının məhdudlaşdırılması" haqqında Qanunun parlamentin payız sessiyasında 3-cü oxunuşda tam qəbul olunacağını və ilin sonunadək qüvvəyə minəcəyini bildirib. Deputatın sözlərinə görə, bu qanunun əsas fəlsəfəsi ondan ibarətdir ki, ölkədə siqaret tüstüsü olmayan bir mühit yaradılsın. Qanuna əsasən qapalı məkanlarda siqaret, sulu qəlyan, elektron siqaretlərdən istifadə qadağan olunacaq. Bu qanunu pozanlara cərimə sanksiyaları tətbiq ediləcək. İlk növbədə isə bu sanksiyalar həmin məkanların sahiblərinə qarşı yönələcək. Musa Quliyev bu qadağanın bəzi açıq məkanlara da şamil olunduğunu vurğulayıb: "Bunlar məktəblərin, uşaq bağçaların həyəti, avtobus dayanacaqları, dəniz vağzalının və metronun girişləri və bu kimi yerlərdir. Qanun qüvvəyə mindikdən sonra İnzibati Xətalar Məcəlləsinə də əlavə və dəyişikliklər olacaq. Bizdə təxminən Avropadakı orta qiymətlərə uyğun cərimələr nəzərdə tutula bilər. Fiziki şəxslər üçün təxminən 50 manat, hüquqi və vəzifəli şəxslər üçünsə 500 manat məbləğində cərimələr tətbiq ediləcək. Əgər bu hallar təkrar baş verərsə, cərimələr ikiqat, üçqat artırıla bilər".

Qanunla bağlı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev də fikirlərini bildirib. Nazirlik rəsmisi deyib ki, passiv tütün çəkənlər də aktiv tütün çəkənlər kimi təhlükəlidir. Bu, daha çox diqqət çəkən məqamdır. Əgər 2011-ci illə 2015-ci ili müqayisə etsək əsasən evlərdə tütün tüstüsünün zərərlərinə məruz qalanların sayı 41 faiz olmuşdur ki, bu da son 5 il ərzində 50 faiz artım deməkdir. Tofiq Musayev hesab edir ki, görülən bütün tədbirlərin arxasında mütləq güclü qanunvericilik bazası durmalıdır. Bu qanunun da qüvvəyə minməsi sağlam gələcəyimizə hesablanıb.

OXŞAR XƏBƏRLƏR

Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr OLDU

Bakıda Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev və İsrail Xarici İşlər Nazirliyinin (XİN) siyasi direktoru Aliza Bin-Nun arasında görüş olub. &...

“Bolt” qiymətləri QALDIRDI - Şirkət TƏSDİQLƏDİ

“Bolt” taksi şirkəti sifarişlərin qiymətini 10% qaldırıb.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı məlumat sosial şəbə...

"Dollar dünya ticarətində dominant mövqeyini qoruyub saxlayıb" - BVF rəsmisi

Dünyadakı gərgin geosiyasi vəziyyətə görə iqtisadiyyat üç bloka bölünüb.    Sfera.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fond...

Şəhid Ayaz Ağayev dəfn edildi - FOTOLAR

Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 il sonra dəfn olunduğu yer, kimliyi müəyyən edilən şəhid Ağayev Ayaz Həbulla oğlunun qalıqları İsmayıllıda dəfn e...

Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır

Yelo Bank-ın sevimli Yelo kart məhsulu təqdim etdiyi üstünlüklərlə diqqətləri öz üzərinə çəkməyə davam edir. Xərclərindən və kart balansından gəlir qazanmaq ist...

Özünü heyvan sümükləri ilə ölü göstərən Rafətlə bağlı DETALLAR: 6 ay sonra Bakıda... - FOTO

Sabirabadın Bulduq kəndi ərazisində maşında yanmış sümüklərinin tapıldığı deyilən, amma 6 ay sonra Bakıda sağ-salamat tutulan iş adamı Rafət Qəniyevin necə...