“Səsimizi çıxaranda deyirlər ki, efirə, konsertə həsrət qalacaqsız”

“Səsimizi çıxaranda deyirlər ki, efirə, konsertə həsrət qalacaqsız”
"Əziz prezidentim, görkəmli incəsənət xadimlərimizlə sonuncu görüşünüz, yaşanan problemlər və onların aradan qaldırılması yolunda gördüyünüz işlər ürəkaçan və təqdirəlayiqdir. Ümid edirəm ki, gələn görüşdə mənə də imkan yaranar, mən də milli estrada sahəsi və bu sahədə fəaliyyət göstərən müğənnilərin yaşadıqları problemlər barədə sizə danışaram”. 

Bu sözləri Əməkdar artist Lalə Məmmədova sosial şəbəkədə paylaşıb. Müğənni milli estrada sahəsində yaranan problemləri sadalayıb:

"Təəssüf ki, biz sənətçilər etdiyimiz çıxışlara və iştirak etdiyimiz konsertlərə görə, heç bir qonorar almırıq (solisti olduğum AzTV istisnadır). İstər televiziya, istər radio, istər Bakı, istərsə də, rayonlarda açıq hava və qapalı konsertlərdən… Halbuki bu çıxışlara görə bizə az da olsa qonorar yazılır.  Kimlərin cibinə və harasa gedən bu pullar haqda kimsə nəsə bilsə də, heç kəs heç nə deyə bilmir.

Səsimizi çıxarıb bir söz deyəndə, dediklərindən belə çıxır ki, hələ minnətimiz olsun ki, bizi efirlərə, konsertlərə buraxırlar. Yoxsa efirlərə qadağa qoyarlar, konsertlərə həsrət qalarıq. Əsl yaradıcılığı olan sənətçi efir vaxtını səmərəli şəkildə doldurduğu üçün qonorar almalıdır. Bunu hər kəs bilir, sadəcə heç bir sənətçi indiyədək açıq şəkildə danışmayıb. Bu gün bunu mən deyirəm, biz sənətçilər toyun ümidi ilə yaşamamalıyıq.

Biz öz sənətimizlə az da olsa, zəhmətimizlə haqqımıza çatanı tələb edirik, başqasının zəhmətində isə gözümüz yoxdur. Axı sənətçi başqa sənətlə məşğul ola bilmir. Məgər bütün müğənnilər toya gedib pul qazana bilir? Qazananlar da bir külfət ailə dolandırır. Bu gün milli estrada sahəsində də bu cür çirkin oyunlar oynanılır. Cənab prezident, viste –prezident! Sizin ölkəmiz naminə gördüyünüz hər bir uğurlu iş bizim gələcəyimiz üçündür. Bunu anlayır və sizi dəstəkləyirik. Ümid edirik ki, sadaladığımız bu problemlər sizini nəzərinizdən qaçmayacaq, digər incəsənət məsələləri kimi bunun da həlli sizin sayəizdə yolunu tapacaq”. 

OXŞAR XƏBƏRLƏR

İlham Əliyev: "Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir"

Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir. Biz, sadəcə, bu sərmayələr üçün müvafiq münbit iqlim yaradırıq.   S...

“İsrail birinci mərhələdə 20 girovu azad etməyə hazırdır” - “The Times of Israel”

“İsrail razılaşmanın birinci mərhələsində 20 girovu azad etməyə hazırdır”.   Sfera.az xəbər verir ki, bu barədə “The Times of Israe...

Prezident: "Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi"

Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi.   Sfera.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ap...

XİN: "Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi əsassızdır"

Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırırıq.   Sfera.az xəbər verir ki, bunu ...

Prezident: "Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər"

Faydalı qazıntı ilə zəngin ölkə olaraq Azərbaycan OPEC+ platformasının üzvüdür və bu da əlavə üstünlük verir.   Sfera.az xəbər verir ki, bu fikri Azə...

İki ildə 72 kiloqram arıqlayan qadın pəhriz reseptini AÇIQLADI - FOTO

ABŞ sakini iki ildə 72 kiloqram arıqlayıb.   Sfera.az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.   Viskonsin ştatı...