Şərur rayonunda aqrar sahə dinamik inkişaf edir

Şərur rayonunda aqrar sahə dinamik inkişaf edir

 

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun iqtisadiyyatında heyvandarlıq, taxılçılıq, kartofçuluq, bostan-tərəvəzçilik, meyvəçilik aparıcı rol oynayır. Bu il bölgədə 17 min 115 hektar sahədə əkin aparılıb ki, onun da 7 min 637 hektarını taxıl, 760 hektarını kartof, 1578 hektarını tərəvəz, 1120 hektarını qarğıdalı təşkil edib.


Son illər rayonda kartofçuluğa marağın daha da artması müşahidə olunur. Torpaq adamları çalışırlar ki, aqrotexniki qaydalara əməl etməklə yüksək məhsuldarlığa nail olsunlar. Artıq kartof yığımı başa çatıb, 10 min 266 ton məhsul tədarük edilib.


Bu il rayonda digər kənd təsərrüfatı məhsullarının istehsalında da məhsuldarlığın yüksək olacağı gözlənilir. Hazırda tərəvəz yığımı davam etdirilir. Hələlik tarlalardan 16 min tona yaxın məhsul yığılıb. Bostançılar da bol məhsul əldə ediblər. İndiyədək 5 min 300 tondan artıq bostan məhsulları tədarük olunub. Hələlik 1500 tondan artıq paxlalı bitkilər, 7 min 400 tondan çox qarğıdalı istehsal edilib. Məhsul yığımı payızın son aylarınadək davam edəcəkdir.


"2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” rayonda meyvəçiliyin inkişafına təkan verib. Bu il barverən meyvə bağlarından indiyədək 15 min tondan çox meyvə satışa çıxarılıb. Hələ bağlarda məhsul boldur. Bu günlər rayonda şaftalı, alma, armud yığımının qızğın çağıdır. Heyva və nar da yetişmək üzrədir. Rayonda 2 min tondan artıq tutumu olan 10 soyuducu anbar var. Əhalinin payız-qış mövsümündə də meyvə və tərəvəz məhsulları ilə təminatını yaxşılaşdırmaq məqsədilə tələbatdan artıq istehsal olunmuş belə məhsulların soyuducu anbarlara qəbulu və onların standartlara uyğun şəkildə saxlanılması təmin edilir.


Rayonda hazırda 27 min hektardan artıq sahə suvarılır. Rayon Suvarma Sistemləri İdarəsi torpaq mülkiyyətçilərinə 321,6 kilometr uzunluğunda kanallar və arxlar vasitəsi ilə xidmət göstərir. Bundan əlavə, Araz çayı və Arpaçay sahillərində quraşdırılmış nasos stansiyalarının, subartezian quyularının gücündən də istifadə olunur. Bu il də Arpaçay dəryaçasında suyun bol olması əkinlərin vaxtında suvarılmasını təmin edib, su nasos stansiyalarında və kanallarda əsaslı və cari təmir işləri aparılıb, maşın və mexanizmlərin gücü ilə arx və kanallarda lildən təmizləmə işləri, subartezian quyularının əsaslı və cari təmir işləri davam etdirilib.


Hazırda rayonun təsərrüfatlarında 36 min 198 min baş qaramal, 131 min 512 baş davar mövcuddur. Bölgə iqtisadiyyatında heyvandarlıq mühüm əhəmiyyət kəsb etdiyindən bütün növ heyvanlar arasında aparılan diaqnostik tədbirlər, eləcə də qarayara, brusellyoz, çiçək, dabaq və sair xəstəliklərə qarşı aparılan profilaktik tədbirlər yerinə yetirilib, görülmüş işlər nəticəsində rayonda iri və xırdabuynuzlu heyvanlar arasında heç bir infeksion xəstəlik qeydə alınmayıb, heyvanların baş sayı artıb, məhsuldarlıq yüksəlib.


AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu



OXŞAR XƏBƏRLƏR

ABŞ və Rusiya alimləri işığın naməlum xüsusiyyətini kəşf ediblər

ABŞ-nin Kaliforniya Universiteti və Rusiyanın Kazan Dövlət Universitetindən ibarət beynəlxalq alimlər qrupu işığın maddə ilə qarşılıqlı təsirinin əvvəllər məlum...

Prokurorluq kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır

Zaqatala şəhərində yerləşən iaşə obyektlərindən birində 15 nəfər şəxsin qidadan zəhərlənməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır.   B...

“Avroviziya-2024”ün birinci yarımfinalı başladı

İsveçin Malmö şəhərində 68-ci “Avroviziya” mahnı müsabiqəsi birinci yarımfinalı başlayıb.   Sfera.az xəbər verir ki, birinci yarımfinalda...

Zebralar niyə bir-birlərinə baş yelləyirlər?

Yeni bir araşdırma sübut edib ki, zebralar qarşı cinsin və ya tanış qohumların diqqətini cəlb etmək və onları gəzinti və ya tanışlıq kimi birgə fəaliyyətə dəvət...

Cennifer Lopez “Met Gala 2024”ə Ben Affleksiz qatılması diqqət çəkib - FOTO

Amerikalı müğənni və aktrisa Cennifer Lopez” Met Gala 2024”ün ağ-yaşıl xalçasında təkbaşına görünməklə, Ben Affleklə evliliyində problemlərlə bağlı ...

“Dəli yığıncağı” nümayiş olunacaq

Mayın 11-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında böyük mütəfəkkir Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” əsəri əsasında hazırlanan eyniadl...